Accessibility links

Co Bayden Konqresin birgə iclasında çıxış edəcək


ABŞ Prezidenti Co Baydenin aprelin 28-də axşam Konqresin birgə iclasında edəcəyi çıxışı zamanı digər ölkələrlə ünsiyyət və özünün dünya səhnəsindəki liderlik rolunu müzakirə edəcəyi gözlənir.

Ağ Evin mətbuat katibi Cen Psakinin dediyinə görə, xarici siyasətlə bağlı danışarkən Bayden Amerikanın yenidən dünyadakı yerinə qayıtması və bir ölkə olaraq, dəyərlərinə də toxunacaq. O, Çinlə əlaqələr də daxil olmaqla, prezidentin çox ehtimal ki, xarici siyasət prioritetlərindən də danışacağını deyib.

Bayden administrasiyası ABŞ-ın maraqlarını üstün tutmağa yönəlmiş keçmiş prezident Donald Trampın rəhbərliyi altındakı dörd illik xarici siyasətdən uzaqlaşmaq və bu ay qoşunların Əfqanıstandan çıxarılması da daxil olmaqla, NATO-ya üzv müttəfiqləri ilə koordinasiyalı şəkildə daha çox işləməyə çalışır.

Nümayəndələr Palatasının spikeri Nanci Pelosi Baydeni Konqresə prezidentlik vəzifəsinə başlamasından 100 gün sonra "bu tarixi məqamın çətinlikləri və fürsətləri" barədə danışmaq üçün dəvət edib.

Psaki Baydenin vurğulayacağı əsas məsələnin “təhsil və uşaqlara qayğıya investisiya” proqramı ilə bağlı siyasi təşəbbüsün olduğunu deyib.

1,8 trilyon dollar tələb edən təklifdə 10 il ərzində məktəbəqədər ümumtəhsil müəssisəsi, yerli kolleclərdə iki illik pulsuz təhsil, imkansız ailələr üçün subsidiyalaşdırılmış uşaq baxımı, valideynlər üçün azı 250 dollar aylıq ödəmə və məktəblərdə pulsuz naharların genişləndirilməsinə xərclələr nəzərdə tutulub.

Administrasiya rəsmilərinin dediyinə görə, prezident zəngin amerikalıların vergilərinin artırılması təşəbbüslərinə böyük məbləğdə pul ayrılmasını təklif edəcək.

Psaki Baydenin administrasiyasının koronavirus pandemiyası və işsizliyə qarşı mübarizə səylərindən, immiqrasiya, polis islahatı və silah təhlükəsizliyi məsələlərindən də danışacağını deyib.

XS
SM
MD
LG