Accessibility links

Bayden Konqres qarşısındakı çıxışında hökuməti və demokratiyanı müdafiə etdi


Bayden Konqres qarşısındakı çıxışında hökuməti və demokratiyanı müdafiə etdi
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Çərşənbə günü Konqesin birgə iclası qarşısındakı ilk çıxışında Prezident Co Bayden iddialı infrastruktur və iş yerləri planını açıqladı. Amerika prezidentinin bu ənənəvi çıxışı bu il COVID-19 məhdudiyyətləri səbəbilə digərlərindən xeyli fərqli keçdi.

Pandemiya səbəbilə Prezident Co Baydenin Konqresin birgə iclasındakı çıxışında 1600 yerinə 200 nəfər iştirak etdi.

Onun Amerika xalqına əsas mesajı o oldu ki, demokratiya və hökumət hələ də işləyir.

“Biz xalqı vaksinlə təmin edirik. Biz yüz minlərlə iş yeri yaradırıq. Biz insanların öz həyatlarında hiss edə və görə bildikləri real nəticələrə gətirib çıxarırıq. Biz imkanlar yaradırıq. Biz ədalət və bərabərliyi təmin edirik,” Prezident Co Bayden dedi.

Bayden təhsil və uşağa baxım proqramlarını genişləndirmək üçün 1.8 trilyon dollarlıq Amerika Ailələri Planını açıqladı. Bu planın bir hissəsi zəngin amerikalılara tətbiq edilən vergilər sayəsində maliyyələşdiriləcək.

Bu plan onun mart ayında açıqladığı 2.3 trilyon dollarlıq infrastruktur paketinə əlavədir.

Bayden ilk çıxışını əksər prezidentlərdən daha gec etdi. Onun nitqi təkcə onun ölkədə aparılan kütləvi vaksinasiya kampaniyasına üstünlük verməsinə görə deyil, həm də təhlükəsizliklə bağlı narahatlıqlar səbəbilə gecikdi. Belə ki, bundan dörd ay öncə o zamankı prezident Donlad Trampın tərəfdarları Konqresə zorla daxil olaraq Baydenin qələbəsinin təsdiqlənməsinin qarşısını almağa çalışmışdılar.

“Bu, Vətəndaş müharibəsindən bəri demokratiyamıza ən pis hücum idi,” o dedi.

İndi isə Bayden öz gündəmini bütün amerikalılara, o cümlədən Tramp tərəfdarlarına təqdim edir.

“O, siyasətini vətənpərvər rəqabət kimi təqdim etdi. Kim buna qarşı çıxa bilər? Onun infrastruktur planını Amerikada İş Yerləri Planı adlandırması və dəfələrlə iş yerlərindən bəhs etməsi. Yenə deyirəm, kim bu cür şeylərə qarşı çıxar?" Corc Vaşqinton Univesitetindən Todd Belt bildirir.

Bayden silahlara nəzarətlə bağlı qanun layihəsinə çağırışını yenilədi və sərhədə miqrant axını olduğu bir vaxt Konqresi immiqrasiya ilə bağlı qanun layihəsini təsdiq etməyə çağırıdı.

Xarici siyasət məsələsində Bayden qoşunların Əfqanıstandan çıxarılmasını, Şimali Koreya və İrandan gələn nüvə təhlükəsini və Rusiyanın aqressiyasına qarşı müqaviməti vurğuladı.

O xəbərdarlıq etdi ki, Çin Prezidenti Şi Tsinpin Çini dünyanın ən mühüm ölkəsinə çevirmək niyyətində tam ciddidir və rəqiblər Amerika cəmiyyətinin qütbləşməsindən faydalanırlar.

“Onlar Kapitoliyə hücum edən dəstənin şəkillərini Amerika demokratiyasının bitdiyinin sübutu olaraq görürlər. Amma onlar yanılırlar,” Bayden dedi.

Birinci ledi Cill Bayden adətə görə, prezidentin çıxışını izləməyə qonaq dəvət etməli idi. Lakin COVID-19 pandemiyası səbəbilə bunun əvəzinə onun dəvət etdiyi qonaqlar çıxışı virtual olaraq izlədilər. Onlar arasında immiqrant tibb bacısı, silahlara nəzarəti təbliğ edən fəal və transgender yeniyetmə var idi.

Respublikaçılar partiyasından yeganə qaradərili senator olan Tim Skott partiyasının cavab çıxışını təqdim etdi və Baydenin pandemiya ilə mübarizə səylərinin əhəmiyyətini kiçiltdi.

“Yüksək Sürətli Əməliyyat və Tramp administrasiyasının sayəsində ölkəmiz təhlükəsiz və effektiv vaksinlə doludur,” o dedi.

Tarixdə ilk dəfə Amerika prezidentinin Konqresdəki çıxışında vitse-prezident və Nümayəndələr Palatasının spikeri qadın idi. Bu da ABŞ siyasətində tarixi bir irəliləyişdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG