Accessibility links

Baydenin Sosial Təhlükəsizliklə bağlı qanun layihəsi üzərində danışıqlar hələ də davam edir


ABŞ Konqresindəki Demokratların Prezident Co Baydenin əsas sosial təhlükəsizlik və iqlim dəyişikliyə nəzarət xərcləri planı, xüsusən də hansı proqramların saxlanacağı və hansının çıxarılacağı ilə bağlı danışıqları nəticəsiz qalmaqda davam edir.

Prezident çərşənbə axşamı Ağ Evdə növbəti beş on illik ərzində amerikalı ailələrin dövlət müavinətlərini genişləndirəcək 3,5 trilyon dollarlıq "Build Back Better" planına qəti şəkildə qarşı çıxan Demokrat partiyasının iki qanunverici - Qərbi Virciniya ştatının senatoru Co Mançin və Arizona ştatının senatoru Kirsten Sinema ilə müzakirələr aparıb.

Senatın Massaçusets ştatından olan senator Elizabet Vorrenin başçılıq etdiyi Demokratlar çərşənbə axşamı korporasiyalar üçün yeni minimum vergi və ən azı 1 milyard dollar aktivi və ya 100 milyon dollar gəliri olan şəxslərdən rüsumlar tətbiq edəcək yeni “milyarderlər vergisi” planı təqdim edib.

Senator Co Mançin
Senator Co Mançin

Plan Kirsten Sinemanın zəngin amerikalılar və korporasiyalar üçün ənənəvi vergi dərəcələrini artırmaq üçün daha sadə plana qarşı çıxmasından sonra hazırlanıb. Sinema korporativ vergini "sağlam bir addım" olaraq dəstəklədiyini elan etsə də, bu, Nümayəndələr Palatasının bəzi Demokratlarının milyarderlərin vergi qanuniliyi ilə bağlı narahatlıqlarını artırıb.

Mançin isə öz növbəsində müvafiq olaraq yaşlı və aztəminatlı amerikalılar üçün hökumətin səhiyyə proqramları Medicare və Medicaid-in genişləndirilməsinə, 12 həftəlik ödənişli ailə məzuniyyətinin və yeni uşaq vergi kreditinin verilməsinə qarşı çıxaraq, onların ya baha başa gəldiyini, ya da gərəksiz olduğunu deyib.

Senator Kirsten Sinema
Senator Kirsten Sinema

Co Mançin həmçinin ölkənin kömür və qazla işləyən elektrik stansiyalarını külək, günəş və nüvə enerjisi ilə əvəz edəcək 150 milyard dollarlıq təmiz elektrik proqramının da əleyhinədir. Proqram prezidentin iqlim dəyişikliyi ilə mübarizə strategiyasının sütunudur. Lakin Mançin ölkədə ən böyük kömür hasil edən ştatlardan birini təmsil edir. Onun buna qarşı çıxması administrasiyanı kommunal xidmətlərin bərpa olunan enerjiyə keçməsinə yardım üçün qrantlar və kreditlər kimi alternativ strategiya yaratmaqda çətinliklə üzləşdirib.

Bayden son paketdən çıxarılan ictimai kolleclərdə iki illik təhsilə ödəniş də daxil olmaqla, bəzi müddəalarin çıxarılması ilə daha məhdud, təxminən 2 trilyon dollar və ya daha az məbləğdə məsrəf planına dair razılığa bu həftə gəlinə biləcəyinə ümid etdiyini bildirib.

XS
SM
MD
LG