Accessibility links

Bayden koronavirus, iqlim dəyişikliyi, sərhəd divarı ilə bağlı sərəncamlar imzalayıb


ABŞ Prezidenti Co Bayden çərşənbə günü koronavirus pandemiyası ilə mübarizə etmək və keçmiş prezident Donald Trampın hakimiyyəti dövründə həyata keçirilən bir sıra siyasi dəyişiklikləri ləğv etmək üçün bir neçə sərəncam imzalayıb və başqa tədbirlər görüb.

“Başlamaq üçün bu gündən yaxşı vaxt yoxdur” deyə, Bayden andiçmə mərasimindən saatlar sonra keçirilən imzalama tədbiri zamanı müxbirlərə bildirib.

Baydenin bu sərəncamlarda müsəlmanların çoxluq təşkil etdiyi bəzi ölkələrə tətbiq olunan qadağanı ləğv edib, federal idarələri irqi bərabərliyə üstünlük verməyə çağırıb, ABŞ-Meksika sərhədində divarın inşasını dayandırıb, Keystone XL neft boru-kəmərinin təsdiqini ləğv edib, Trampın vətəndaş olmayan şəxslərin siyahıya alınmaya daxil edilməməsinə dair qərarını dəyişdirib, gender kimliyi və ya cinsi oriyentasiyaya əsaslanan ayrıseçkiliyə qarşı müdafiəni gücləndirib.

Bayden həmçinin ABŞ-ın Paris İqlim Razılığına qoşulmaq niyyətini bəyan edən və Trampın ölkənin Ümümdünya Səhiyyə Təşkilatından çıxacağına dair bəyannaməsini geri çəkən məktublar imzalayıb.

Koronavirus məsələsində isə Bayden evdən çıxarılmalara tətbiq olunan moratoriumun müddətini uzadıb, federal binalarda maska taxmaq məcburriyətini tətbiq edib və ABŞ-da 400,000-dən çox insanın ölümü ilə nəticələnən virusa qarşı milli mübarizəni koordinasiya etmək üçün yeni idarə yaradıb.

Administrasiya rəsmiləri deyib ki, Bayden növbəti 10 gündə onlarla əlavə tədbir görəcək.

XS
SM
MD
LG