ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden cümə axşamı peyvənd sayını artırmaq və pandemiyanın iqtisadi təsirlərinə qarşı yardımı nəzərdə tutan koronavirus planını açıqlayacaq.
Bayden proqramla bağlı ətraflı məlumatı cümə axşamı gecə açıqlamağı planlaşdırır.
Yanvarın 20-də vəzifəyə başladıqdan sonra Bayden ilk 100 gündə 100 milyon insana peyvənd vurmağı qarşısına məqsəd qoyub. Baydenin planına peyvənd kampaniyasını genişləndirmək üçün maliyyənin artırılması da daxil ediləcək.
ABŞ hökuməti təcili istifadə üçün iki fərqli peyvəndi təsdiqləyib. Hər iki peyvənd iki doza vurulmalıdır. Bu günə qədər ölkədə 10 milyondan çox insana ilk doza vurulub.
Baydenin planına ABŞ ailələrinə birbaşa ödənişlərin yeni mərhələsinin də daxil ediləcəyi gözlənilir. Bundan əvvəlki koronavirus stimul ödəməsi layihəsi fikir ayrılıqları səbəbindən keçən ay təxirə salınıb.
Baydenin iqtisadiyyat üzrə yeni müşaviri Brayan Diz çərşənbə günü Reuters xəbər agentliyinin tədbirində deyib ki, planda kiçik müəssisələrə də yardım nəzərdə tutulub.
Diz Biayenin Konqresdən əvvəlcə diqqətin iqtisadi stimul tədbirlərinin qəbul edilməsinə ayırmasını, daha sonra səhiyyə və infrastruktur kimi uzunmüddətli iqtisadi bərpa sahələrinə yönəltməsini xahiş edəcəyini deyib.
Senatın Demokrat lideri Çak Şumer Senat üzərində nəzarəti ələ alan kimi ilk prioritetin koronavirusa qarşı qanun layihəsinin qəbul edilməsinin olacağını bildirib.
Çərşənbə günü Prezident Donald Trampın impiçmenti Senat təqvimində sıxlıq yaşatmaqla təhdid edilir, lakin Biden Senatın impiçmenti digər prioritetlər ilə tarazlaşdıracağına ümid etdiyini söyləyib.