Accessibility links

Bayden tədarük zəncirindəki çatışmazlıqları aradan qaldırmaq yollarını müzakirə edəcək


ABŞ Prezidenti Co Bayden çərşənbə günü ölkənin ən böyük pərakəndə satıcıları və liman işçiləri birliyi olan gəmiçilik şirkətləri ilə bir araya gələrək, tədarük zəncirindəki çatışmazlıqları aradan qaldırmaq yollarını müzakirə edəcək.

Bir sıra sənaye sahələri koronavirus pandemiyası, işçi çatışmazlığı və tələbatın artıması səbəbiylə mağaza rəflərində materiallar və hazır məhsullar əldə etməkdə çətinlik çəkir.

Çərşənbə günü Ağ Evdəki danışıqlarda iştirak edənlər arasında Walmart, Home Depot, United Parcel Service of America Inc. (UPS), Los Anceles limanları, Beynəlxal Limanlar və Anbar Birliyinin nümayəndələri var.

Baydenin görüşdən sonra bu mövzuda çıxış etməsi planlaşdırılır.

"Qarşılaşdığımız çətinliklərdən biri hamınızın gördüyünüz və bir çox şəbəkələrinizdə nümayiş etdirdiyiniz və xəbər verildiyi kimi, malların limanlarımıza gətirilməsindəki gecikmələrdir. Bunun tədarük zəncirindəki əngəllərdən biri olduğunu bilirik" - deyə, Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə axşamı keçirdiyi brifinqdə bildirib.

Baydenin iş adamları ilə görüşündən əvvəl Psaki "Sabah diqqət limanlarda nə edəcəyimizin müzakirəsinə yönələcək. Bu məsələ aylardır onun diqqət mərkəzindədir" deyib.

Maliyyə naziri Canet Yelle, ABŞ-ın CBS News şəbəkəsinə verdiyi açıqlamasında deyib ki, məhsulların azalması və tələbatın artması səbəbiylə qiymətlərin artımasının qalıcı olacağı gözlənilməsə də, bu, yaxın bir-iki ay ərzində aradan qalxmayacaq.

"Bu, dünya iqtisadiyyatı üçün görünməmiş bir şokdur. Bu, mallara olan böyük tələbatın dəyişikliyinə səbəb olub və tədarük zəncirlərində böyük problemlər yaradıb"- deyə, Yellen çərşənbə axşamı yayımlanan müsahibəsində bildirib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG