Accessibility links

Bayden ibtidai məktəblərin yenidən açılması ilə bağlı planlarını açıqlayıb


ABŞ Prezidenti Co Bayden hakimiyyətdə olduğu ilk 100 günün sonuna qədər ibtidai məktəblərin əksəriyyətinin açılacağını və dərslərin həftənin beş günü keçiriləcəyini vəd edib. Bayden administrasiyası prezidentin yardımçılarının dərslərin fərdi qaydada cəmi bir gün keçirildiyi halda məktəblərin açıq sayıldığını deməsi ilə bağlı tənqidlərlə qarşılaşmışdı.

Bayden məktəblərin yenidən açılması ilə bağlı açıqlamaları Milvokidə CNN tele kanalı tərəfindən keçirilən tədbirdə verib. ABŞ prezidenti dekabr ayında vəzifədə olduğu ilk 100 gün ərzində "məktəblərin əksəriyyətini" yenidən açacağına dair söz vermişdi. Lakin həmin vaxtdan o, ölkə boyu dərslərin fərdi, əyani, ya da virtual şəraitdə keçirildiyi bir vaxt bunu necə edəcəyi ilə bağlı suallarla üzləşir.

"Mən dedim ki, uşaq bağçalarını və səkkizinci sinfə qədər məktəblərin əksəriyyətini açın, çünki bunlar açılması ən asan olandır, uşaqların və evdə qalmağa məcbur olan ailələrə təsirləri baxımından açılmalıdır" - deyə, Bayden bildirib.

Bayden Ağ Evin mətbuat katibi Cen Psakinin bu ayın əvvəlində həftədə bir gün əyani dərsə keçməklə bu məqsədə nail olunacağı barədə dediklərini isə "kommunikasiya zaman yol verilmiş səhvə adlandırıb".

Məktəbəqədər sinifdən səkkizinci siniflərədək məktəblərin və uşaq bağçalarının həftənin beş günü əyani dərslərə nə zaman başlanacağı sualına Bayden "ilk 100 günün sonuna qədər buna yaxınlaşacağıq" deyib. O, bir çox məktəbin yay aylarında da açıq qalmağa məcbur olacağını, lakin daha yuxarı sinif şagirdləri arasında yoluxma riskinin yüksək olması səbəbindən orta məktəblərin yenidən açılması prosesinin daha uzun sürəcəyini deyib.

Bayden koronavirusdan tutmuş, kiçik müəssisələrin qorunması və administrasiyanın peyvənd planlarına qədər bir sıra məsələlərlə bağlı suallara cavab verib. O, iyul ayının sonuna qədər hər bir amerikalının peyvənd olunması üçün 600 milyon dozada peyvəndin hazır olacağını deyib.

Şərhlərə bax

XS
SM
MD
LG