Accessibility links

Bayden: Məsafə saxlamaqda daha ehtiyatlı olacağam


Birləşmiş Ştatların 2020-ci il Ağ Ev uğrunda seçkilərdə iştirak edəcəyi gözlənilən sabiq vitse-prezidenti Co Bayden başqaları ilə münasibətdə məsafə saxlamaqla bağlı daha ehtiyatlı olacağına söz verib.

Demokrat Bayden bununla bağlı videonu çərşənbə günü, iki qadının siyasi yığıncaqlar zamanı onlara toxunduğunu demələrindən sonra nümayiş etdirib.

“Mən həmişə insanlara münasibətim haqda düşünmüşəm və dediyim kimi münasibətimi əl vermək, əli çiyinə qoymaq, qucaqlamaq kimi hərəkətlərlə bildirmişəm. İndi isə sosial normalar dəyişməyə başlayıb, insanlarla məsafə sıfırlanıb və buna görə də mən hərəkətlərimə fikir verməliyəm. Mən bunu qəbul edirəm” - deyə, Bayden bildirib.

Baydenə qarşı digər bir qadın da cinayət işi açıb. O, Baydenin ona toxunduğunu və bunun onu narahat etdiyini bildirib.

Co Bayden prezidentliyə namizədliyini rəsmi olaraq bildirməsə də, rəy sorğuları digər namizədlərlə müqayisədə onun gələn il keçiriləcək seçkilərdə prezident Trampı məğlub edəcəyini göstərir.

XS
SM
MD
LG