Accessibility links

Co Bayden Meksika prezidenti ilə virtual görüş keçirəcək


Prezident Co Bayden bazar ertəsi Meksika Prezidenti Andres Manuel Lopez Obradorla virtual görüş planlaşdırır. Bu, ölkə liderlərinə miqrasiya, koronavirusla mübarizə, iqtisadi və milli təhlükəsizlik mövzularında əməkdaşlıq məsələlərini müzakirə etmək imkanı verəcək.

Meksika prezidenti Baydenə ildə 600 minlə 800 min arasında Meksika və Mərkəzi amerikalı miqrantların ABŞ-da qanuni işləmələri üçün yeni bir Bracero üslublu işçi proqramı təklif etmək niyyətində olduğunu deyib.

Bayden administrasiyasının yüksək səviyyəli rəsmisi ABŞ prezidentinin təklifi dəstəkləyəcəyi və ya dəstəkləməyəcəyi barədə fikir söyləməkdən imtina edib və yalnız hər iki ölkənin miqrasiya üçün qanuni yolların genişləndirilməsinə ehtiyac olduğunu qəbul etdiklərini bildirib. Rəsmi şəxsi söhbətləri müzakirə etdiyi üçün adının açıqlanmamasında israr edib.

İlk Bracero proqramı İkinci Dünya Müharibəsi dövründə və müharibədən sonra bir neçə on il ərzində işçi çatışmazlığını doldurmaq üçün meksikalıların ABŞ-da müvəqqəti işləməsinə icazə verib. Lopez Obrador ABŞ iqtisadiyyatının "gənc və güclü" meksikalı işçilərə ehtiyacı olduğunu deyib.

Rəsmi Baydenin Meksika ilə diplomatiyanı sələfi Donald Trampın üstünlük verdiyi tvitlər vasitəsi ilə deyil, qarşılıqlı əlaqələrin institusional şəkildə davam etdirilməsinə çalışdığını bildirib.

Amerika Birləşmiş Ştatları ən son yenilənmiş ticarət müqaviləsini 2018 və 2019-cu illərdə, Çindən sonra ikinci və üçüncü ən böyük ticarət tərəfdaşları olan Meksika və Kanada ilə imzalayıb. Ticarət razılaşması Obradorun Meksikadakı müstəqil tənzimləmə, nəzarət və şəffaflıq agentliklərini ləğv etmək səylərini çətinləşdirə bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG