Accessibility links

Bayden Meksika ilə münasibətləri yaxşılaşdırmağa çalışır


Amerika prezidenti daha hündür divardan danışmaq əvəzinə bazar ertəsi cənub qonşusu ilə münasibətlərin düzəldilməsi isitiqamətində müzakirələr aparıb.

ABŞ Prezidenti Co Bayden Meksika Prezidenti Andres Manuel Lopez Obradorla virtual görüşü zamanı "ölkələrimiz arasında qonşu kimi hər zaman ideal olmayan münasibətlərin uzun və mürəkkəb bir tarix var" - deyə, qeyd edib.

“İstər ortaq sərhəd problemi, istərsə də pandemiyanı nəzarətdə saxlamaq olsun, birlikdə işləyəndə biz daha təhlükəsiz oluruq”, Bayden Ağ Evdən Mexico şəhərində olan Lopez Obradora deyib.

Bayden bildirib ki, Barak Obama administrasiyası zamanı vitse-prezident olduğu zaman "Meksikaya sərhədin cənubunda biri kimi deyil, bərabər biri kimi baxmaq" haqda qərar verilmişdi.

Ağ Evin Ruzvelt otağındakı video-ekranlarda görünən Lopez Obrador "inteqrasiya ölkələrimizin hər ikisini gücləndirəcək" deyib. O, münasibətləri hörmət və bərabərlik üzərində qurmaq istədiyi üçün Baydenə təşəkkür edib və "gələcək inkişaf üçün əməkdaşlığımızı müstəqillik və muxtariyyətə əsasında davam etdirməliyik" deyib.

Ağ Evin bildirdiyinə görə, koronavirus pandemiyası səbəbindən üz-üzə keçirilə bilməyən görüş ABŞ-ın əvvəlki prezidentinin siyasətindən fərqli olaraq, ikitərəfli münasibətlərin "yeni bir mərhələsinə başlanması" məqsədi daşıyır.

Dörd illik hakimiyyəti dövründə Donald Tramp Meksikanı 3100 kilometr uzunluğunda ortaq sərhədləri boyunca inşa ediləcək divar üçün pul ödəməsini tələb edib və cənub qonşusunu tariflər və miqrasiyaya qarşı mübarizə ilə hədələyib.

Meksika divar üçün pul ödəməyib və Tramp vəzifəsindən getdikdən sonra ilk dəfə bazar günü etdiyi çıxışında sərhəd divarının inşasını yarımçıq qoyduğu üçün Bayden administrasiyasını günahlandırıb.

"Onlar bunu tamamlamaq istəmirlər. Müəyyən kiçik sahələrdə kiçik bölmələri tamamlamaq istəmirlər" - deyə, Tramp Florida ştatında mühafizəkar qrup tərəfindən keçirilən konfransda müraciətində bildirib.

Tramp eləcə də onun immiqrasiya və sərhədlə bağlı sərt siyasətində dəyişikliklər etdiyinə görə sələfini tənqid edib və Baydenin siyasətinin kütləvi qanunsuz miqrasiyanın yeni dalğasına səbəb olacağı ilə bağlı əsassız xəbərdarlıqlar edib.

XS
SM
MD
LG