Accessibility links

Bayden Nazirlər Kabinetinin yeni üzvlərini seçməlidir


Arxiv fotosu - Dövlət katibinin müavini Antoni Blinken ifadə vermək üçün Senatın Xarici Əlaqələr Komitəsində dinləməyə qatılır, 29 sentyabr 2016.

ABŞ-da yeni seçilmiş prezident Co Baydenin çərşənbə axşamı Dövlət Departamentinə rəhbərlik etmək üçün keçmiş dövlət katibinin müavini Antoni Blinken də daxil olmaqla, Nazirlər Kabinetinin ilk üzvlərini seçəcəyi gözlənilir.

Baydenin Obama administrasiyası dövründə vitse-prezident olduğu müddətdə yüksək səviyyəli milli təhlükəsizlik vəzifələrində çalışan Blinken Baydenlə yaxın əlaqələrə malikdir. Onun bu vəzifəyə seçilməsi barədə bazar günü bir çox xəbər agentlikləri məlumat yayıb.

Baydenin gözlənilən kabinet seçimləri arasında ABŞ-ın Birləşmiş Millətlər Təşkilatında səfiri vəzifəsinə Dövlət Departamentində 35 illik fəaliyyəti dövründə dünyanın dörd qitəsində işləmiş veteran afroamerikalı diplomat, Linda Tomas-Qreenfild və milli təhlükəsizlik müşaviri kimi Ceyk Sallivan yer alır.

Bayden ölkənin 46-cı prezidenti kimi yanvarın 20-də andiçmə mərasiminə hazırlaşarkən, Tramp seçkilərin nəticələrini qəbul etməkdən imtina edir. Bazar günü ABŞ lideri Twitter-də "Çox sayda saxta bülleten aşkar edəcəyik ... Respublikaçılar, kəksin mübarizə aparın" - deyə, yazıb.

Ancaq Trampın hüquqi mübarizəsi bu günə qədər heç bir nəticə verməyib. Onun kampaniyasının əsas ştatlarda saxtakarlıq iddiası ilə səslərin sayılması ilə bağlı 34 şikayəti ya təmin edilməyib, və ya geri götürüb.

Baydenin isə Ağ Evdə dörd illik bir müddət üçün qalib gəldiyi proqnozlaşdırılıb.

Tramp heç bir ştatda səs sayımı ilə əlavə səs əldə etməyib, Baydenin Seçki Kollegiyasındakı qeyri-rəsmi 306-232 səs çoxluğu ilə qələbəsi qüvvədə qalıb.

"Pennsilvaniya rəsmiləri Demokrat Co Baydenin ştatın 80 000-dən çox səslə qələbəsini göstərən seçki nəticələrini təsdiqləyə bilər".

Federal hakim şənbə günü bunu deməklə Prezident Donald Trampın ştatdakı 2020 seçkilərini etibarsız saymaq üçün apardığı kampaniyaya zərbə vurub.
ABŞ-ın Pennsilvaniya ştatının Villiamsport şəhərinin bölgə hakimi Matyu Brann Trampın seçki kampaniyası ilə əlaqədar məhkəmə müraciətini rədd edib. Qərarında Brann Tramp kampaniyasının təqdim hüquqi arqumentlərin dəlillər olmadan şayiələrə əsalandığını deyib.

"Amerika Birləşmiş Ştatlarının əhali sayı baxımından altıncı ştatının nəinki bütün seçiciləri, hətta tək bir seçicisinin hüquqlarının pozulmasına haqq qazandırıla bilməz. İnsanlarımız, qanunlarımız və təsisatlarımız daha çox şey tələb edir," Brann əlavə edib.

Trampın özəl vəkili Rudi Culiani və seçki kampaniyasının baş hüquq məsləhətçisi Cenna Ellis isə bu qərarı ABŞ Ali Məhkəməsinə daha sürətlə müraciət etmələri üçün müsbət bir inkişaf kimi qiymətləndirib və dərhal Apellyasiya məhkəməsinə müraciət edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG