Accessibility links

Bayden omikron variantının yayılması fonunda amerikalıları vaksinasiya olmağa çağırdı


Bayden omikron variantının yayılması fonunda amerikalıları vaksinasiya olmağa çağırdı
please wait

No media source currently available

0:00 0:04:12 0:00

Prezident Co Bayden Birləşmiş Ştatlarda koronavirusun yeni, daha yoluxucu və sürətlə yayılan omikron variantı ilə mübarizə məqsədilə yenilənmiş planını açıqlayıb. ABŞ prezidenti ölkənin omikrona qarşı mübarizəyə tam hazır olduğunu deyərək, amerikalıları panikaya düşməməyə çağırıb. Ağ Evdə amerikalılara müraciət edən prezident Bayden həmçinin peyvənd olunmamış milyonlarla amerikalıya üz tutaraq onların özləri və yaxınlarını riskə qoymamalı olduğuna dair xəbərdarlıq edib.

Prezident Co Bayden COVID-19-un sürətlə yayılan omikron variantı ilə mübarizə aparmaq üçün üç vasitənin olduğunu bildirib.

Administrasiya xəstəxanalara dəstəyi artıracaq, amerikalılar üçün yarım milyard pulsuz test imkanı verəcək və peyvənd almaq imkanlarını genişləndirəcək. Prezident Bayden həmçinin peyvənd olunanları panikaya düşməməyə çağırıb.

ABŞ prezidenti Co Bayden:

“Əgər siz tam peyvənd olunmayıbsınızsa, narahat olmaq üçün ciddi səbəbiniz var. Sizin xəstələnmək riskiniz yüksəkdir. Xəstələnsəniz çox güman ki, dostlarınız və ailəniz də daxil olmaqla, başqalarına keçirəcəksiniz. Peyvənd olunmayanların xəstəxanaya yerləşdirilmə və ya hətta ölüm riski olduqca yüksəkdir. Son bir neçə ayda COVID-19-dan ölənlərin demək olar ki, hamısı peyvənd olunmayanlardır. Vaksinasiya olunmayanlar. Əgər siz tam peyvənd olunmuş amerikalıların əksəriyyəti arasınızdasınızsa və xüsusən də gücləndirici, bu üçüncü doza peyvəndi vurdurmusunuzsa, sizin narahat olmaq üçün çox az əsasınız var.”

Bayden etiraf edib ki, amerikalıların təxminən 40 faiz tam peyvənd olunmayan razılaşmayan hissəsini inandırmaq onun administrasiyası üçün davamlı bir sınaqdır.

ABŞ prezidenti Co Bayden:

“Baxın, peyvənd olunmayanlar öz seçimlərinə görə məsuliyyət daşıyırlar. Bu seçimlərə kabel televiziyası və sosial mediada yayılan təhlükəli dezinformasiya səbəb olub. Bilirsiniz ki, bu şirkətlər və şəxslər yalan alveri etməklə və öz müştəriləri və tərəfdarlarını öldürə biləcək dezinformasiyaya yol verməklə pul qazanır. Bu, düzgün deyil. Bu mənəviyyatsızlıqdır. Bu yalan və dezinformasiyanı yayanları buna son qoymağa çağırıram. Bunu dərhal dayandırın.”

Son günlər peyvənd tərəfdarlarının keçmiş prezident Donald Trump kimi yeni bir müttəfiqi ortaya çıxıb. O bu yaxınlarda gücləndirici doza vurduğunu etiraf edib və bəzi tərəfdarları buna görə onu fitə basıblar.

ABŞ prezidenti Co Bayden:

“Bu, bəlkə də onun və mənim razılaşdığımız bir neçə şeydən biridir. Buster dozası alan insanlar daha çox qorunur. Onlara qoşulun. Bizə qoşulun.”

Lakin tənqidçilər dünyada bir çoxlarının hələ ilk dozanı almadığı halda gücləndirici doza haqda bu çağırışın ədalətsiz olduğunu bildirir.

Səhiyyə siyasətini müdafiə təşkilat olan ONE kampaniyası ilin sonuna qədər dünya əhalisinin 40 faizinin peyvənd edilməsi hədəfinə çatmaq üçün heç bir imkan olmadığı və aşağı gəlirli ölkələrin yüksək gəlirli ölkələrdə vaksinasiya səviyyələrinə çatması üçün on ildən çox vaxt lazım ola biləcəyi haqda xəbərdarlıq edib.

Tom Hart, ONE Kampaniyasının nümayəndəsi

“Omikron variantının göstərdiyi kimi, biz pandemiyaya qarşı qlobal mübarizədə qətiyyən qalib gəlmirik. Lakin əlbəttə ki, delta bizə bunu göstərdi və orijinal virus da bizə göstərdi ki, qlobal liderliyin olmaması, ölkələr arasında koordinasiyalı liderliyin olmaması, pandemiyanın ilk illərində hər bir hökumət liderinin mənim üçün birinci kimi reaksiyası bu pandemiyanın daha çox insan həyatı və daha çox dolanışıq bahasına daha uzun sürməsi demək idi. Tamamilə aydındır ki, nəyin olması lazımdır. Yalnız ölkə üçün strategiyası işləməyəcək”.

Tənqidçilər həmçinin zəngin ölkələri zəruri ləvazimatları yığdıqlarına görə qınayır. Bayden çərşənbə axşamı ABŞ-ın xəstəxanalarında hazırlıq üçün lazım olan qoruyucu avadanlıq və ventilyatorlar ehtiyatı yığılması qərarını müdafiə edib.

Bayden amerikalıların təhlükə ilə üz-üzə gəldiyi vaxt pandemiyadan yorulmuş ölkəni sakitləşdirməyə çalışıb.

ABŞ prezidenti Co Bayden:

“Bilirəm ki, yorğunsunuz. Mən həqiqətən də bunu nəzərdə tuturam və mən bilirəm ki, məyus olursunuz. Biz hamımız bunun bitməsini istəyirik. Amma biz hələ də bunun içindəyik. Lakin bu, mühüm bir məqamdır. Bizim həm də əvvəlkindən daha çox alətimiz var. Biz hazırıq və bunun öhdəsindən gələcəyik”.

XS
SM
MD
LG