Accessibility links

Bayden ABŞ-ın İnfrastruktur Paketində güzəştə getməyə hazırdır


ABŞ Prezidenti Co Bayden aprelin 19-da Oval Ofisdəki iclasında iki partiyanın qanunvericilərinə 2 trilyon dollarlıq iş yerləri və infrastruktur təklifi barədə danışarkən "güzəştə getməyə hazıram" deyib.

"Aydındır ki, paketə çox şey qoydum və düşünürəm ki, hamısı daxil olmalıdır"-deyə, prezident əvvəllər qubernator və mer kimi çalışmış Konqres üzvlərinə bildirib.

Baydenin də anlayışla qəbul etdiyi ən böyük sual “bunun əvəzini necə ödəmək”dir.

Prezident Demokrat və Respublikaçı millət vəkillərini Nümayəndələr Palatasında və Senatda hər iki tərəfdən dəstəklənə biləcək ABŞ infrastrukturuna dair qanunvericiliyin hazırlanması ümidi ilə ikinci dəfə bir araya gətirib.

"Konqres üzvləri planın tərkib hissələri və bunların ödəniş qaydaları daxil olmaqla, məhsuldar fikir mübadiləsi apardılar. Prezident Bayden hərəkətsizliyin bir seçim olmadığını vurğulayarkən, görüşdə müzakirə olunan təkliflərlə əlaqədar onların fikirlərini və izləmələrini istəyib" - deyə, Ağ Ev iclasdan sonrakı açıqlamada bildirib.

Bəzi Respublikaçılar Prezidentin Amerika İş Planını çox bahalı və çox geniş, ənənəvi infrastruktur çərçivələrini aşması səbəbi ilə tənqid edir. Müxalif millət vəkilləri də Baydenin istədiyi kimi şirkət vergilərinin 21% -dən 28% -ə qaldırılmasına qarşıdır.

Az detalları bəlli olan Baydenin 2 trilyon dollarlıq təklifi yolları və körpüləri maliyyələşdirməklə yanaşı, iqlim dəyişikliyinin nəticələrini yumşaltmaq, ev və ictimai qayğıya çıxış imkanlarını genişləndirməyə dair layihələri də əhatə edir.

Prezident həm Respublikaçıların, həm də Baydenin bəzi təkliflərinin kifayət qədər uzağa getmədiyini düşünən Demokratlar Partiyasının mütərəqqi qanadının təzyiqi ilə üzləşir.

XS
SM
MD
LG