Accessibility links

Bayden pandemiyanın ildönümündə Amerika xalqına müraciət etdi


Bayden pandemiyanın ildönümündə Amerika xalqına müraciət etdi
please wait

No media source currently available

0:00 0:02:44 0:00

ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatlarda pandemiyanın başlamasından sonra karantin tədbirlərinin həyata keçirilməsinin ildönümündə Amerika xalqına ilk müraciəti zamanı həyatını itirən insanların xatirəsini anıb və qarşıda duran əsas çətinliklərdən danışıb.

Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-u qlobal pandemiya elan etməsindən bir il keçir. O vaxtdan bəri ABŞ-da 530 000 nəfər daxil olmaqla, dünya boyu 2,6 milyondan çox insan həyatını itirib.

“Hamımız nəsə itirmişik. Birlikdə əziyyət çəkilib, qurban verilib, hamımız üçün insan və həyat itkisi ilə dolu bir il olub” - deyə, prezident Bayden müraciətində bildirib.

Cümə axşamı hakimiyyətdə olduğu 50-ci gün etdiyi müraciətində prezident Co Bayden onun özünün ilk 100 gün ərzində 100 milyon peyvənd tətbiq edilməsi hədəfi də daxil olmaqla, administrasiyasının virusu məğlub etmək üçün atdığı addımları açıqladı.

“Biz əslində mənim vəzifədə olduğum 60-cı gündə 100 milyon peyvənd vurulması hədəfinə çatmaq yolundayıq. Bunu dünyanın heç bir ölkəsi etməyib” - deyə, ABŞ prezidenti bildirib.

Bayden bütün ştatlara amerikalıların hamısının mayın 1-nə qədər peyvənd edilmək imkanı verilməsi haqda göstəriş verdiyini bildirdi. Lakin o bəzi amerikalılar arasında peyvəndlərlə bağlı tərəddüdlər və bu yaxınlarda maskalardan istifadə etmək mandatını ləğv edən Texas da daxil olmaqla, bəzi ştatların hökumətləri tərəfindən federal səhiyyə protokolları qaydalarına məhəl qoymamaq kimi bir sıra problemlərlə qarşılaşır.

“Maska. Həyat qurtarmaq üçün ən asan yol. Bəzən bizi bölür, ştatları bir-biri ilə işləmək əvəzinə bir-birlərinə qarşı qoyur” - deyə, Bayden müraciətində bildirib.

Təhlilçilər peyvəndlər və səhiyyə protokolları ilə bağlı yaranan fikir ayrılığına, xüsusilə də pandemiyanın ilk günlərində siyasiləşmənin səbəb olduğunu bildirir.

Çikaqo universitetində təhlilçi Ketrin Beyker: “İnsanlar ictimai səhiyyə ilə bağlı belə qarışıq mesajlar alır və bu qədər qütbləşmə şəraitində cəmiyyətdə səhiyyə ilə bağlı verilən mesajlarda elmə qarşı bir inanmsızlıq var. İnsanların eşitdikləri qarışıq mesajlar nəzərə alındıqda bu, həqiqətən də anlaşılandır, amma fikrimcə, bu, uzunmüddətli zərərlərdən biridir.”

Bayden bundan öncə cümə axşamı koronavirusla əlaqədar 1,9 trilyon dollarlıq qanun layihəsini imzalayıb. İqtisadi yardım paketi Konqres tərəfindən Respublikaçıların dəstəyi olmadan qəbul edilib.

“Bu, xilas üçün qanun layihəsi deyil. Bu yardıma dair layihə deyil. Bu, pandemiyadan əvvəl solçu prioritetlərin ətraflı siyahısıdır” - deyə, Nümayəndələr Palatasında Respublikaçı azlığın lideri Kevin Makkarti bildirib.

Bayden COVID-19 ilə əlaqədar qanun layihəsini təbliğ etmək məqsədilə gələn həftə ölkə boyu administrasiyasının “Yardım buradadır” adlandırdığı tura çıxacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG