Accessibility links

Bayden peyvəndlə bağlı yeni hədəflərini açıqlayıb


ABŞ prezidenti olaraq ilk rəsmi mətbuat konfransında Co Bayden cümə axşamı koronavirus peyvəndi ilə bağlı yeni ümummilli planını elan edib: Rəhbərliyinin ilk 100 günündə 200 milyon dozada peyvənd.

"Mən bunun iddialı olduğunu bilirəm. Bu, ilk hədəfimizdən iki dəfə çoxdur, lakin heç bir ölkə buna yaxın belə deyil" - deyə, Bayden Ağ Evin Şərq Otağında keçiriən tədbirdən əvvəlində bildirib.

Yanvar ayının sonunda, andiçmə mərasimindən bir neçə gün sonra Bayden ilk 100 gündə 150 milyon dozada peyvənd tətbiq edilməsini istədiyini desə də, administrasiyası bu rəqəmi azaltmışdı.

Çərşənbə gününə qədər 130 milyon peyvənd tətbiq edildiyini deyən Ağ Ev rəsmiləri, 85 milyon insanın birinci dozanı, 45 milyon insanın isə artıq hər iki dozanı aldığını bildirib.

Pfizer-BioNTech, Moderna və Johnson & Johnson şirkətləri gələn ayın sonunadək ABŞ-da 260 milyon yetkin insana vurulacaq qədər peyvənd dozası vəd edib.

Pfizer və Moderna iyun ayında ABŞ-a daha 100 milyon doza peyvənd verməyə hazırlaşır.

Bayden prezidentliyinin 65-ci günündə rəhbərliyinin ilk 100 günündə uşaq bağçalarından tutmuş səkkizinci sinifə qədər məktəblərin çoxunun yenidən açılmasına dair də söz vermişdi.

Prezident Təhsil Nazirliyinin bu cür məktəblərin təxminən yarısının tədrisə tam şəkildə əyani olaraq başladığını bildirdiyini deyib.

"Hələ əksəriyyəti olmasa da, həqiqətən yaxınıq. İnanıram ki, geridə qalan 35 gün ərzində bu hədəfimizə də çatacağıq" - deyə, Bayden bildirib.

Baydenin bir saat davam edən mətbuat konfransında sual vermək üçün seçilən 10 müxbirdən heç biri birbaşa koronavirus pandemiyası ilə əlaqəli heç bir sual verməyib.

Xəstəliklərə Nəzarət Mərkəzinin bildirdiyinə görə, son bir ildə ABŞ-da COVID-19-a 30 milyona yaxın yoluxma, 542 mindən çox ölüm halı qeydə alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG