Accessibility links

Ağ Ev: Bayden ikinci müddətə prezidentliyə namizəd olacaq


ABŞ Prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir. Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

79 yaşlı Baydenin reytinqi son aylarda kəskin şəkildə aşağı düşüb və bu, bəzi demokratları onun daha dörd illik müddətə namizəd olub-olmayacağını sual altına almağa vadar edib.

"Olacaq. Bu, onun niyyətidir" - deyə, Psaki bildirib. Elə həmin ərəfədə Bayden Şükran Günü münasibətilə Şimali Karolinadakı Fort Braq hərbçiləri ilə görüşmək üçün prezident təyyarəsinə tərəf yollanıb.

Cümə günü Bayden ilk müayinəsini keçirib və həkimlər onun prezident vəzifəsini yerinə yerməyə qadir olduğunu bildirib.

Bayden 36 il ABŞ Senatında Demokrat kimi xidmət edib və 8 il Prezident Barak Obama administrasiyasında Vitse-prezident vəzifəsində çalışıb.

O, 2020-ci ildə 538 Elektoral Kollegiya səsindən azı 270-ni qazanmaqla prezident seçilib.

XS
SM
MD
LG