Accessibility links

Bayden prezidentliyinin ikinci günündə ərzaq təhlükəsizliyi və iqtisadiyyatla əlaqədar sərəncamlar imzalayacaq


ABŞ prezidenti Co Baydenin cümə günü koronavirus pandemiyasından
zərər çəkən ailələrə maliyyə və ərzaq yardımının təmin edilməsi məqsədi ilə ən azı iki sərəncam imzalayacağı gözlənilir.

Yeni and içmiş prezident sərəncamlarının birində Kənd Təsərrüfatı Departamentinə ölkənin ərzaq proqramı ilə bağlı imtiyazların genişləndirilməsi barədə göstəri. verəcək. Pandemiya səbəbi ilə işdən çıxarılan bir çox insanın qida əldə etmək üçün yardıma ehtiyacı var.

Bundan əlavə, yeni prezident pandemiyadan sonra başlayan məktəblərdə qida proqramında 15 faiz artıma çalışır. Baydenin administrasiyasının rəsmi nümayəndələri bildirir ki, artıma əsasən üç uşağı olan bir ailənin hər iki ayda 100 dollardan çox əlavə müavinət alması ilə nəticələnə bilər.

Pandemiya ilə əlaqədar gözlənilən sərəncamda birbaşa ödəniş almalı olan, lakin hələ də onu əldə etməyən şəxslərə bu ödənişlərin çatdırılması yer alacaq.

"Bir çox amerikalı birbaşa ödəmələrin ilk mərhələsini almaqda çətinliklərlə üzləşdi və səkkiz milyona qədər ev sahibi mart ayında verilən ödənişləri ala bilməyib" - deyə, Ağ Evin açıqladığı məlumatda bildirilir.

Baydenin cümə günü həmçinin xarici ölkə lideri ilk söhbəti planlaşdırılır. Prezidentin Kanadanın Baş naziri Castin Trudo ilə telefon söhbəti aparacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG