Accessibility links

Bayden Putinlə fidyə proqramı hücumlarını müzakirə edib


ABŞ Prezidenti Co Bayden cümə günü Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bu yaxınlarda Rusiyadan ABŞ-a qarşı həyata keçirilən fidyə proqramı hücumlarını müzakirə etdiyini bildirib.

Bayden bildirib ki, o, Putinə “Mən ona açıq şəkildə çatdırdım ki, fidyə proqramı hücumu Rusiyadan gəlirsə, əgər hətta dövlət tərəfindən deyilsə belə, Birləşmiş Ştatlar onların bizim onlara veridyimiz məlumatlarla tədbir görmələrini gözləyir” deyib.

O, cümə günü Ağ Evdə keçirilən imzalama mərasimində müxbirlərə bildirib ki, telefon danışığı “yaxşı keçdi. Mən nikbinəm.”

Rusiya fidyə proqramı hücumlarını həyata keçirənlərə qarşı tədbir görməsə, bunun nəticələrinin olub-olmayacağına dair suala Bayden “Bəli” cavabını verib.

Bayden həmçinin deyib ki, iki lider bu cür məsələləri müzakirə etmək üçün "müntəzəm olaraq kommunikasiya etməyin yolunu" yaradıblar.

Rusiya məsuliyyətini inkar edir

Bu yaxınlarda baş verən fidyə proqramı hücumların Rusiyadakı qruplara əlaqəli olduqları bildirilib. Kreml hücumlara görə məsuliyyət daşıdığını inkar edib.

Ağ Ev telefon danışığından sonra yaydığı bəyanatda bildirib ki, “Prezident Bayden Rusiyanın Rusiyada fəaliyyət göstərən fidyə proqramı hücumlarını həyata keçirən qrupların qarşısını almaq üçün tədbir görməsinin zəruri olduğunu vurğulayıb.”

“Prezident Bayden bir daha vurğulayıb ki, Birləşmiş Ştatlar davam edən bu problemin fonunda öz nsanlarını və kritik infrastrukturunu müdafiə etmək üçün lazım olan bütün tədbirləri görəcək,” bəyanatda bildirilib.

Kreml bildirib ki, iki lider kibertəhlükəsizlik kimi məsələlər üzərində əməkdaşlıq etməyə və əməkdaşlığın “daimi, peşəkar və siyasiləşdirilməmiş olmalı olduğuna və xüsusi komunikasiya kanalları vasitəsilə və beynəlxalq qanuna hörmət çərçivəsində aparılmalı olduğu üzərində razılaşıb.”

Telefon danışığı iki lider iyunun 16-da Cenevrədə görüşəndən üç həftə sonra baş tutub. Həmin görüş zamanı Bayden Putini Rusiyada kiber hücumçuları təqib etməyə çağırmışdı.

Şərhlərə bax

XS
SM
MD
LG