Accessibility links

Bayden Putinlə telefon söhbəti zamanı Ukrayna ilə bağlı gərginliyi müzakirə edib


Bayden Putinlə telefon söhbəti zamanı Ukrayna ilə bağlı gərginliyi müzakirə edib
please wait

No media source currently available

0:00 0:03:00 0:00

ABŞ prezidenti Co Bayden son bir ayda ikinci dəfə rusiyalı həmkarı Vladimir Putininlə birbaşa telefon söhbəti aparıb. Prezident Bayden Rusiyanın Ukrayna sərhədi yaxınlığında əsgərləri qüvvə cəmləşdirməyə davam etdiyi vaxt prezident Putini gərginliyi azaltmağa çağırıb. Lakin administrasiya rəsmiləri Vladimir Putinin öz niyyətləri ilə bağlı heç bir zəmanət vermədiyini bildiriblər.

Bu, artıq ikinci raund idi. ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə sonuncu dəfə bir aydan az əvvəl danışıb. Cümə axşamı onlar arasında yenidən telefon söhbəti olub və Ağ Ev 50 dəqiqəlik söhbət bitdikdən sonra Baydenin Putini Ukrayna ilə gərginliyi azaltmağa çağırdığını bildirib.

Telefon söhbəti Rusiya Müdafiə Nazirliyinin keçən həftə yayımladığı videoda göründüyü kimi, Rusiya liderinin Ukrayna sərhədi boyunca on minlərlə əsgəri qüvvə cəmləşdirməyə davam etdiyi zaman baş verib.

Bayden administrasiyasının rəsmiləri iki liderin “ciddi və əsaslı” müzakirə apardığını bildiriblər. Lakin yüksək səviyyəli administrasiya rəsmisi suala cavab verərkən Putinin “niyyətlərini bəyan etmədiyini” bildirib. İki ölkənin yüksək səviyyəli rəsmiləri yanvar ayının əvvəlində Cenevrədə prezidentlərin iştirakı olmadan yenidən görüş keçirəcək.

Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə günü Twitter hesabında yazıb ki, ABŞ dövlət katibi Antoni Blinkenin “Rusiyanın aqressiyası qarşısında (ABŞ-ın) (Ukraynaya) hərtərəfli dəstək verəcəyini” vəd etdiyini yazıb.

O, dekabrın əvvəlində cəbhə bölgəsində olub və əsgərlərin hazır olduğunu bildirib.

Təhliçilər Putinin Ukraynaya müdaxilə edəcəyinə şübhə ilə yanaşsalar da, regionda on minlərlə əsgəri qüvvənin mövcud olmasının təsadüfən və ya bilərəkdən müharibəyə səbəb ola biləcəyindən narahatdır.

“Əgər bu, oyundursa, bu, Putin üçün xüsusi risklər daşıyan çox ciddi oyundur çünki o, 100 000-dən çox hərbçinin hazır olduğundan, lakin əmr verilənə qədər özlərinin təşəbbüs göstərmədiyindən əmin olmalıdır. Ona görə də hesab edirəm ki, bu, sadəcə olaraq hər iki tərəf üçün təhlükələrlə dolu bir vəziyyətdir”, Vilson Mərkəzində təhlilçi Vill Pomerantz bildirib.

Bundan sonra nə baş verə bilər? Ağ Ev dəfələrlə bəyan edib ki, Rusiya tərəfindən müdaxilə sərt iqtisadi sanksiyalar və Ukraynanın təhlükəsizliyinə dəstəyin artırılması da daxil olmaqla, “ciddi nəticələrə” gətirib çıxaracaq. Lakin bəzi təhlilçilər Putinin sadəcə mövqe nümayiş etdirdiyini deyirlər.

“Putin müvəffəqiyyətlə fövqəladə vəziyyət hissi yaradır. Diqqət etmisinizsə, stil demək olar ki, eynidir. O, müharibəyə başlamaq üzrədir, Ukraynaya müdaxilə etmək üzrədir. Və belə görünür, Ağ Ev bunu qəbul edir. Mən bunu etəməzdim, çünki bu barədə yazdığım və dediyim kimi, Putin indiki zamanda Ukraynaya müdaxilə etmək fikrində deyil. O, ölkədəki öz auditoriyası üçün oynayır. Bütün bunlar Putinin oynadığı oyunun bir hissəsidir və düşünürəm ki, bu, ən azı 2024-cü ildə keçiriləcək seçkilərə qədər davam edəcək”, Amerika Sahibkarlıq İnstitutunda təhlilçi Leon Aron bildirib.

İkitərəfli danışıqların növbəti raundu yanvarın 10-da Cenevrədə başlayacaq. O vaxta qədər Ukrayna cəbhəsində vəziyyət sakit olacaqmı sualı isə qalır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG