Accessibility links

Bayden Qlobal Qadın Sağlamlığı ilə bağlı sərəncamlar imzalayıb


Bayden Qlobal Qadın Sağlamlığı ilə bağlı sərəncamlar imzalayıb
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Bayden Qlobal Qadın Sağlamlığı ilə bağlı sərəncamlar imzalayıb

Prezident Co Bayden cümə axşamı Tramp administrasiyasının həm ABŞ daxilində, həm də xaricində abortun məhdudlaşdırılması da daxil olmaqla, səhiyyə siyasətini ləğv edib.

Dünyada qadınların reproduktiv sağlamlığına xidmət göstərən klinikalar, indi Amerikanın maliyyəsini itirmək qorxusu olmadan abort haqqında məlumat verə bilər.

Cümə axşamı Prezident Co Bayden Meksika Şəhər Siyasətinin “qlobal ağzı tıxamaq qaydası”nın ləğvi də daxil olmaqla, ölkə daxilində və xaricində reproduktiv sağlamlıq xidmətinə çıxışın artırılmasına dair sərəncam imzalayıb.

Ronald Reyqandan bəri Respublikaçı prezidentlər tərəfindən dəstəklənən 1894-cü ilə aid qərar abortla bağlı məsləhətləri və ya referanslar, abortun cinayət məsuliyyətindən kənarlaşdırılmasını və ya xaricdə abort xidmətlərinin genişləndirilməsini müdafiə edən qeyri-hökumət təşkilatlarının maliyyələşdirməsini bloklayır. Co Bayden: “İmzaladığım ikinci sərəncam ölkə daxilində və xaricdə qadın sağlamlığının qorunması ilə əlaqədardır. Bu sərəncam Title 10 və qadınların reproduktiv hüquqları baxımından əlverişli sağlamlıq sığortasına çıxışını çətinləşdirən bütün hər şeyə ediən dəyişiklikləri bərpa edir."

Bill Klinton və Barak Obama da daxil olmaqla, əvvəlki Demokrat prezidentlər bu qadağanı dünya boyu qadınlar və qızların kritik sağlamlıq xidmətlərindən məhrum etdiyini iddia edərək ləğv etmişdilər. Şaina Qudman: "Abort daxil olmaqla, reproduktiv sağlamlıq xidmətlərinə ayrılan maliyyə, istər dünya miqyasında, istərsə də ölkə daxilində kəsildikdə və ya zəiflədildikdə insanların sağlamlığı, iqtisadi təhlükəsizliyi və həyatları açıq şəkildə risk altına alınır."

Bayden Tramp administrasiyasının ölkə daxili abort məhdudiyyətlərini də qaldırıb. ABŞ-da abort qanuni olsa da, Trampın dövründə bunu etmək çətin idi. Mari Şoç: "Bunu daha da məhdudlaşdıra bilsəydik çox yaxşı olardı, lakin təəssüf ki, Bayden administrasiyasının qadına daha çox seçim vermək tərəfdarı olduğunu görürəm."

Baydenin Tramp siyasətinin ləğvi yolunda atdığı addımlarından biri də Medicaid-ə və Obamacare adı ilə tanınan federal tibbi sığorta proqramına çıxışı genişləndirməkllə bağlı sərəncam oldu.

XS
SM
MD
LG