Accessibility links

Bayden qasırğanın vurduğu zərərlə tanış olmaq üçün Nyu York və Nyu Cersi ştatlarına səfər edir


ABŞ Prezidenti Co Bayden Ayda qasırğasının səbəb olduğu dağıntılarla yerində tanış olmaq məqsədilə çərşənbə axşamı Nyu York və Nyu Cersi ştatlarına səfər edir.

Bayden bazar ertəsi fırtına nəticəsində ən çox ziyan çəkmiş Nyu York və Nyu Cersi ştatları üçün böyük təbii fəlakət hallarında bəyannamələrini təsdiqləyib və hökumətdən maddi yardım ayırıb.

Yardım qasırğadan ən çox zərər görmüş Nyu Cersi ştatındakı altı bölgədə və Nyu Yorkdakı beş bölgədə olan bizneslər və şəxslər üçün nəzərdə tutulub. Bu bölgələrdə rekord yağışlar nəticəsində drenaj və kanalizasiya sistemləri dağılıb, yollar, evlər və mağazaları su basıb.

Ayda qasırğası Nyu Cersi ştatında 27, Nyu Yorkda 13 ölüm halı daxil olmaqla, ümumilikdə altı şərq ştatında 50 insanın ölümünə səbəb olub. Cənubda yerləşən Luziana ştatında isə 12 ölüm halı qeydə alınıb.

Əhalinin sıx yaşadığı Nyu York və Nyu Cersi ştatlarında ölənlərin əksəriyyəti zirzəmidəki mənzillərdə suyun sürətlə artması, digərləri isə yollarda maşınları sel aparması nəticəsində həyatlarını itirib.

Nyu Cersi qubernatoru Fil Mörfi bazra ertəsi, Milli Əmək Bayramı günündə qasırğanın təsirinə məruz qalan Lambertvil bölgəsinə baş çəkib.

O bildirib ki, Baydenin fəlakət bəyannaməsi fərdlərə maddi yardım almağa imkan verəcək. Buraya müvəqqəti mənzil və ev təmiri, eləcə də sığortası olmayanlara aşağı qiymətli kreditlər də daxildir.

Nyu Cersi şəhər bələdiyyəsinin başçısı Stiven Fulop bildirib ki, şəhər infrastrukturuna 35 milyon dollar dəyərində ziyan dəyib.

Nyu York qubernatoru Keti Hokul isə ilkin qiymətləndirmə zamanı qasırğanın ştatda 1200-dən çox evə zərər vurduğunu və ictimai infrastruktura, mülklərə təxminən 50 milyon dollar dəyərində zərər dəydini bildirib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG