Accessibility links

Bayden Qlobal İqlim Sammitində iddialı hədəflər müəyyən edib


Bayden Qlobal İqlim Sammitində iddialı hədəflər müəyyən edib
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Prezident Co Bayden iki günlük qlobal İqlim Sammitinə ABŞ-ın 2030-ci ilə qədər karbon emissiyaları tullantılarının əhəmiyyətli dərəcədə azaldılması və 2024-cü ilə qədər inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə üçün hər il ayrılan maliyyənin ikiqat artırılması vədi ilə başladı. Virtual sammitə dünya ölkələrinin 40 lideri, ətraf mühit fəalları beynəlxalq təşkilatların nümayəndələri də qatılıb.

ABŞ prezidenti Co Bayden dünya ölkələrinin 40 liderinin qatıldığı virtual iqlim sammitində ABŞ-ın karbon emissiyaları tullantılarını 2030-cu ilə qədər 2005-ci ildən aşağı səviyyəyə çatdıraraq, 50-52 faiz azaltmaq kimi ambisiyalı vəd verib.

Birləşmiş Ştatlar Tramp administrasiyasının 2015-ci il Paris İqlim Sazişindən çıxmasından sonra ABŞ-ın iqlim dəyişikliyi ilə mübarizədə yenidən liderliyini bərpa etməyə çalışır.

Baydenin yeni hədəfi Obama administrasiyası dövründəki öhdəlikdən iki dəfə artıqdır. Digər ölkələrin də BMT-nin Qlazqoda keçiriləcək iqlim dəyişikliyi konfransından öncə bu istiqamətdə irəliləyəcəyinə ümid edilir.

Prezident Co Bayden: “Bizim ölkələrimizin indi və Qlazqoya qədər atacağı addımlar dünya boyu yaşayış mənbələrini qorumaq və qlobal istiləşməni maksimum 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq üçün dünyanın müvəffəq olmasını təmin edəcək.”

Avropa İttifaqı, Yaponiya və Kanada, eləcə də Amazon meşələrinin qırılmasını sürətləndirən siyasətlərinə görə tez-tez tənqid edilən Braziliya prezidenti Jair Bolsonaro da daxil olmaqla bəzi liderlər yeni hədəflərini açıqlayıb.

Braziliya prezidenti Jair Bolsonaro: “Mən qərara gəldim ki, biz iqlim neytrallığına əvvəl elan ediləndən daha on il əvvəl, 2050-ci ilə qədər nail ola biləcəyik.”

Lakin dünyada ən çox karbon emissiyalarının tullandığı ölkə yeni öhdəlik götürməyib. Prezident Şi Tsinpinin bildirdiyinə görə, Çinin sürətli inkişafı bu qədər qısa müddətdə karbon neytrallığına çatmağın çətin olacağı deməkdir.

Çin prezidenti Şi Tsinpin: “Çin 2030-cu ilə qədər karbon emissiyalarının pik səviyyəsinə çatdırılması və 2060-cı ilə qədər karbon neytrallığına nail olunmasını hədəfləyəcək.”

Dünyada karbon emissiyalarının tullandığı üçüncü ən böyük ölkə olan Hindistan və dördüncü ölkə olan Rusiya da yeni öhdəliklər götürməyib.

İnkişaf etməkdə olan ölkələr karbon emissiyalarının azaldılmasında yardım üçün zəngin ölkələrdən iqlim dəyişikliyinin maliyyələşdirilməsinə dair yeni qarantiyalar almağa çalışıb.

Cənubi Afrika prezidenti Siril Ramafosa bu ölkələrin tarixən qlobal səviyyədə emissiyalarda ən az rolu olduğunu, lakin iqlim dəyişikliyinin dağıdıcı təsirlərindən ən çox əziyyət çəkdiyini bildirib.

Cənubi Afrika prezidenti Siril Ramafosa:“ Nəticə etibarilə inkişaf etmiş iqtisadiyyatlar inkişaf etməkdə olan iqtisadiyyatları iqlim dəyişikliyini azaltmaq və uyğunlaşdırmaq məqsədiə dəstəkləmək üçün daha çox məsuliyyət daşıyacaq.”

2009-cu ildə inkişaf etmiş ölkələr BMT-nin İqlim Dəyişikliyi Çərçivə Konvensiyasına əsasən iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyənin 2020-ci ilədək ildə azı 100 milyard ABŞ dollarına qədər artırmağı vəd etmişdi. Lakin bu vəd yerinə yetirilməyib.

Bayden Amerikanın bu öhdəliyə sadiqiyini təsdiqlədiyini bildirib.

ABŞ prezidenti Co Bayden: “ABŞ 2024-cü ilə qədər inkişaf etməkdə olan ölkələrə illik iqlim inkişaf dövlət maliyyələşdirilməsinin həcmini iki qat artıracaq.”

ABŞ prezidenti iqlim dəyişikliyi ilə mübarizə məqsədilə Amerikanın ilk beynəlxalq iqlim maliyyələşdirmə planının yaradıldığını elan edib.

XS
SM
MD
LG