Accessibility links

Bayden: Peyvənd vurdurmayan amerikalılar icmalar üçün risk təşkil edir


Prezident Co Bayden çərşənbə axşamı "milyonlarla amerikalı hələ də peyvənd olunmayıb və müdafiəsizdir. Və bu səbəblə icmalar risk qarşısındadır" - deyə, xəbərdarlıq edib. Hazırda ABŞ-ın 10 ştatında virusa yoluxmalarda artım müşahidə olunur.

Xüsusi ilə Kansaz və Missuri ştatlarında yoluxmaların faizi Delta versiyası səbəbindən cüt rəqəmli olaraq artır.

Peyvənd olunmamış icmalarda gözlənilən yolxuma dalğası ilə mübarizə aparmaq üçün Bayden federal hökumətin Federal Fövqəladə İdarəetmə Agentliyi, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi və digər qurumların mütəxəssislərindən ibarət COVID-19-la mübarizə qrupları yaratdığını bildirib.

Bu komandalar "peyvəndlənmə faizi az olan icmalardakı insanlar arasında Delta variantının yayılmasının qarşısını almaq, aşkarlamaq və xəstəliklə mübarizə aparmaqda xüsusi çətinliyi olan ştatlara kömək edəcək " - deyə, Bayden Ağ Evdə bildirib.

O, həmçinin xəbərdarlıq edib ki, "indi rahat ola bilmərik".

Baydenin çıxışından bir müddət əvvəl Senatdakı Respublikaçıların lideri Mitç Makkonnell sakinlərinin yalnız 43 faizinin tam peyvəndləndiyi Kentukkidə "vaksin vurdurmamaq üçün yaxşı bir səbəb yoxdur" deyib.

Makkonnell peyvəndə şübhə ilə yanaşan şərhləri hədəf alaraq bildirib ki, baxmayaraq ki, vaksin xəstəliyə yoluxmayacağınıza təminat vermir, "o, demək olar ki, yoluxduğunuz təqdirdə ölməyəcəyinizə təminat verir".

Washington Post-ABC News ABŞ-da birlikdə keçirdiyi sorğu zamanı COVID-19 peyvəndinin vurdurulması ilə əlaqədar Demokrat və Respublikaçılar arasında fərqi ortaya çıxarıb.

Sorğu göstərib ki, Demokratların 86 faizi COVID-19 peyvəndinin ən azı bir dozasını vurdurduğu halda, Respublikaçılar arasında bu göstərici 45 faiz təşkil edir.

Prezident Bayden çərşənbə axşamı çıxışında bildirib ki, bir neçə gün sonra "tam peyvəndlənmiş amerikalıların sayı tezliklə 160 milyona çatacaq. 5 ay əvvəl o, vəzifəyə başladığı zaman bu göstərici üç milyon idi".

Müstəqillik Günü tətilindən əvvəl Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi amerikalıların təxminən 67 faizinin vaksinlərin ən azı 1 dozasını vurdurduğunu və 47 faiz əhalinin isə hər iki dozanı qəbul etdiyini açıqlayıb.

XS
SM
MD
LG