Accessibility links

Co Bayden Vatikanda Roma Papası Fransislə görüşüb


ABŞ prezidenti Co Bayden Romada qlobal iqtisadiyyatla bağlı Böyük İyirmilər (G-20) liderlərinin sammiti, onun ardınca isə Şotlandiyanın Qlazqo şəhərində iqlim dəyişikliyi ilə bağlı sammit öncəsi, cümə günü Vatikanda Roma Papası Fransislə görüşüb.

Prezident və birinci xanım Cil Baydeni Roma Papasının idarəsinin rəhbəri, Monsenyor Leonardo Sapienza qarşılayıb. Günorta saatlarında ABŞ dövlət katibi Antoni Blinken, Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan və Ağ Evin administrasiyasının rəhbərinin müavini Cen Omalli Dillonun da daxil olduğu böyük nümayəndə heyətinin iştirak etdiyi yığıncaqdan əvvəl cütlük Roma Papası ilə özəl görüş keçirib.

Ağ Ev qadağa tələbləri arasında həssas bir məsələyə, aborta dəstək verən katolik prezident Baydenin Roma Papa Fransisdən Müqəddəs Duanı alıb-almayacağı barədə məlumat verməkdən imtina edib.

"Bildiyiniz kimi, bu çox şəxsi bir məsələdir. Onun imanı onun üçün çox fərdi bir şeydir. Hazırda bununla bağlı heç nə deyə bilmərəm” - deyə, Ağ Evin mətbuat katibinin müavini Karin Jan-Pyer Romaya yola düşərkən Amerikanın Səsinə bildirib.

Fransis bir zamanlar Bayden ailəsinin yaşadığı kədərli günlərdə öz dəstəyini göstərib, onun prezidentin Oval ofissində çərçivəyə alınmış şəkli asılıb.

Administrasiya rəsmilərinin dediyinə görə, Fransislə Bayden üç dəfə görüşüb, məktub mübadiləsi aparıb və Bayden Fransisin hər iki sələfi ilə də görüşüb. Bayden deyib ki, 2015-ci ildə, ABŞ-a səfəri zamanı Roma Papası Baydenin oğlu Bonun ölümündən az sonra gələcək prezident və onun ailəsi ilə görüşə vaxt ayırıb.

XS
SM
MD
LG