Accessibility links

Prezident kimi Co Baydenin Rusiyaya münasibəti necə olacaq?


ABŞ prezidentləri Corc W. Buş və Barak Obama ilk dəfə seçildiklərində hər ikisi də Rusiya lideri Vladimir Putinlə əlaqə quracaqlarını və ABŞ-Rusiya münasibətlərini kəskin şəkildə yaxşılaşdıracaqlarını düşünürdülər.

Lakin onların Putinə verdiyi qiymət sürətlə dəyişdi.

İlk üz-üzə görüşündən sonra Putin haqqında təəssüratını soruşduqda Buş “onun gözünə baxdım. Onu çox düz və etibarlı gördüm - ruhunu hiss edə bildim” - deyə, bildirmişdi.

Obama isə səkkiz il sonra açıq şəkildə münasibətlərinin yenidən qurulmasını istəyini desə də, ümidləri Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadası ilhaq etməsi ilə boşa çaxdığını gördü.

Keçmiş diplomatlar və analitiklər deyirlər ki, Obamanın vitse-prezidenti olaraq yenidənqurma strategiyasını dəstəkləyən Co Bayden sələflərindən nümunə götürməyəcək.

O, prezidentlik kampaniyası dövründə CNN-in bələdiyyə binasında “mən Rusiyanın bir rəqib olduğuna inanıram” - deyə, bildirmişdi.

Bunun əksinə olaraq Çini “ciddi bir rəqibətçi” adlandırmişdı.

Prezidentlik kampaniyası dövründə Bayden Respublikaçı rəqibini Putinə qarşı yumşaq davranmaqda günahlandıraraq, Rusiya mövqeyində prezident Donald Trampdan fərqlənməyə çalışmişdı.

Ötən ayın əvvəlində Bayden rəqibini Rusiyanın müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə susduğuna görə tənqid edərək, buna görə Moskva hökumətini açıq şəkildə günahlandırmışdı.

"Kreml yenə də siyasi rəqibini susdurmaq üçün sevimli silahından - Noviçok kimyəvi maddələr agentindən istifadə etdi. Bu, paranoyak Rusiya rejiminin heç bir tənqidə və ya müxalifətə dözmək istəmədiyinə işarədir" - deyə, Bayden bildirmişdi.

Namizədlər təşviqat kampaniyaları zamanı hər şey deyə bilər, lakin vəzifədə başqa şey edə bilər. Bəzən vəziyyət və ya hadisələrin gedişi səbəbindən az seçim ola bilər. Prezident Baden vəd etdiyi kimi Rusiyaya qarşı qoluqüvvətli bir yanaşma tətbiq edəcəkmi?

Buş administrasiyasında dövlət katibinin köməkçisi David Kramer deyib ki, düşünmürəm ki, Bayden Putini yağlamaq üçün baş əyəcək. Moskva ona qarşı dezinformasiya kampaniyasını davam etdirir və bu səbəbdən əlini uzadıb“ hər şey yaxşıdır” deyəcəyini düşünmürəm” , Kramer əlavə edib

Şəxsi əlaqələrin olmaması fonunda analitiklər münasibətləri bərpa etmək səylərinin həm Obama, həm də Tramp administrasiyaları tərəfindən Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalarla çətin olacağını deyir.

Bu ölçülər Baydenə çox az manevr imkanı verəcək və Qərb dövlətləri Rusiyanın onlara qarşı kiberhücumlar həyata keçirdiyinə inandığı halda sanksiyaların ləğvi ehtimalı çox azdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG