Accessibility links

Bayden səhiyyə xidmətləri ilə əlaqəli sərəncamlar imzalamağa hazırlaşır


ABŞ Prezidenti Co Bayden cümə axşamı koronavirus pandemiyası zamanı sağlamlıq sığortalarını itirən insanlar üçün xüsusi qeyduyyat müddətinin yaranması da daxil olmaqla, səhiyyə xidməti ilə əlaqəli sərəncamlar imzalamağa hazırlaşır.

İş yerlərinin işçilərini tibbi sığorta ilə təmin etməsi Amerikada ən geniş yayılmış sığorta yoludur və pandemiya ilə daha çox insanın işlərini itirməsi ilə sığortasız qalanların sayı da artıb.

Baydenin sərəncamı onun vitse-prezident vəzifəsində çalışdığı 2010-cu ildə yaradılan məşhur "Obamacare" adlı proqram çərçivəsində yaradılan sığorta bazarında üç aylıq xüsusi qeydiyyat müddətinin açılmasına imkan verəcək.

Adətən bu proqram bir ildə yalnız altı həftə boyu qeydiyyatdan keçmək üçün açıq olur.

“COVID-19-la mübarizə davam etdiyi bir vaxt amerikalılar üçün əlverişli bir tibbi sığortanın olması çox vacibdir” - deyə, Ağ Ev Baydenin sərəncamı imzalama ərəfəsində etdiyi açıqlamasında bildirib.

Sərəncam eləcə də federal qurumları COVID-19-un təsirləri də daxil olmaqla, tibbi sığortadan əvvəl də xəstəlikləri olan insanlar üçün nəzərdə tutulan proqramın pozulma siyasətinin yenidən araşdırmağa yönəldəcək.

ABŞ-da COVID-19-dan 429 mindən çox insan ölüb. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Roşel Valenski çərşənbə günü jurnalistlərə açıqlamasında deyib ki, agentliyinin proqnozlarına görə 2021-ci il fevralın 20-dək ölkədə ölənlərin sayı 479 minlə 514 min arasında olacaq.

XS
SM
MD
LG