Accessibility links

Bayden Demokratiyaya Dəstək Sammitinə başçılıq edəcək


ABŞ Prezidenti Co Bayden seçkiqabağı kampaniyasında verdiyi əsas vədini yerinə yetirməyə hazırlaşır. O, Demokratiyaya Dəstək Sammiti keçirməlidir. Bu, 100-dən çox ölkənin qatılacağı ilk sammit olacaq.

İnsan haqları müdafiəçiləri planlaşdırılan tədbirin dəvət edilən bəzi avtoritar meyllərdə ittiham olunan dünya liderlərini təşviq edəcəyinə şübhə ilə yanaşırlar.

Freedom House-un vitse-prezident Anni Boyacan bildirib ki, əgər sammit növbəti görüşdən daha böyük olsa, o zaman hər bir iştirakçı, o cümlədən ABŞ qarşıdakı illərdə demokratiya və insan haqları sahəsində ciddi öhdəlikləri yerinə yetirməli olacaq.

Administrasiya nümayəndələri vurğulayırlar ki, dekabr tədbiri demokratiyaya dair daha uzunmüddətli müzakirələrin başlanğıcıdır və ikinci sammitə dəvət almaq üçün ölkələrin vəd etdiyi islahatları həyata keçirməsi zəruri olacaq.

Dekabrın 9-10-da baş tutacaq sammit Baydenin fevralda xarici siyasətlə bağlı ilk çıxışında verdiyi bəyanatın təsdiqidir. O bəyan edib ki, ABŞ Çin və Rusiyanın başçılıq etdiyi avtoritar qüvvələrə qarşı mübarizədə qlobal liderliyə qayıdır.

“Politico”nun dərc və məlumatlı mənbənin təsdiq etdiyi dəvətlilərin ilkin siyahısı göstərir ki, sammitdə yetkin demokratik ölkələr (məsələn, Fransa və İsveç), Filippin və Polşa liderləri iştirak edəcək.

ABŞ-ın bəzi Asiya müttəfiqləri - Yaponiya və Cənubi Koreya sammitə dəvət edilib. Tailand və Vyetnam dəvət olunmayıb.

Yaxın Şərq kifayət qədər təvazökarlıqla təmsil olunur: dəvət edilən azsaylı ölkələr arasında İsrail və İraq da var.

ABŞ-ın Misir və Türkiyə kimi mühüm müttəfiqləri dəvət almayanlar arasındadır.

XS
SM
MD
LG