Accessibility links

Bayden korporasiyaların rəhbərləri ilə görüşüb


ABŞ Prezident Co Bayden çərşənbə günü Amerikanın yüksək səviyyəli iş adamları ilə görüşüb. O görüşdə ABŞ-ın xərcləri ödəmək üçün pulun tükənməsi səbəbindən oktyabrın 18-nə qədər Konqresin hökumətin borc almaq səlahiyyətlərini artırmasının gərək olduğunu söyləyib.

Ağ Ev görüşdən əvvəl bildirib ki, iş adamları indiyə qədər maliyyə öhdəliklərini yerinə yetirən ABŞ-ın borclarını ödəməməsi (defolt) onun özü və dünya iqtisadiyyatı üçün "dağıdıcı olacağını başa düşür".

"Bir dəfəlik defolt milyonlarla iş yerini riskə ata və ABŞ-ı böhrana sala bilər. Bu, dünyanın güvəndiyi valyuta olan dolların statusunu təhdid edərək, Amerikanın iqtisadi gücünə uzunmüddətli ziyan vurar və ABŞ-ın kredit reytinqini aşağa salar" - deyə, Ağ Ev bildirib.

Baydenlə görüşməsi gözlənilən iş adamları arasında Citi Bank-ın icraçı direktoru Ceyn Freyzer, JPMorgan Chase bankının direktoru Ceymi Daymon və Bank of America-nın direktoru Brayan Moynihan olub. Görüşdə eləcə də Raytheon Technologies şirkətinin baş direktoru Qreq Hayes, Nasdaq birjasının prezidenti və baş direktoru Adina Fridman və İntel texnologiya şirkətinin baş direktoru Pet Gelsinger də olacağı gözlənilirdi.

Respublikaçılar və Demokratlar 100 üzvlük Senatda hər biri 50 yer tutduqları üçün Respublikaçılar bu günə qədər borc limitinin artmasının qarşısını almaq üçün filibasterdən imtina etməyi rədd ediblər. Filibasterin qarşısını almaq və məsələni səsə qoymaq üçün Demokratlara 10 Respublikaçının səsini təmin etmək gərəkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG