Accessibility links

Bayden Sosial Təhlükəsizlik Planı-nı yarıya endirib


ABŞ prezidenti Co Bayden cümə axşamı 1,75 trilyon dollarlıq məsrəf planını açıqlayıb. Onun dediyinə görə, bu plan amerikalı ailələri onilliklərin "ən transformativ" yardımla təmin edəcək və eyni zamanda ABŞ-ı istixana qazlarından çirklənməsini kəskin şəkildə azaldacaq.

Bayden həftələr əvvəl təklif etdiyi məbləğin yarısını təşkil edən bu planını Konqresdə Demokratik qanunvericilərlə səhər tezdən görüşü zamanı açıqlayıb. Daha sonra o, Avropaya - qlobal iqtisadiyyatla bağlı Romaya və iqlim dəyişikliyi ilə bağlı Qlazqoya səfəri ərəfəsində təkliflərlə bağlı Ağ Evdə çıxış edib.

Bayden 3.5 trilyon dollarlıq qiymət etiketinə və ilkin təklifinin bir neçə müddəasına etiraz edən iki mərkəzçi millət vəkili - Qərbi Virciniyadan senatorlar Co Mançin və Arizonadan Kirsten Sinema ilə ard-arda keçirdiyi danışıqları xüsusi qeyd edib.

"Prezident Bayden bu planın Konqresin hər iki palatası tərəfindən qəbul ediləcəyinə əmindir və qanunun imzalanmasını səbirsizliklə gözləyir" - deyə, Ağ Ev bildirib.

Konqresdəki Demokratların döyüşən fraksiyalarının Ağ Evin ölkənin yararsız yollarının və körpülərinin bərpası və bütün ölkə boyu genişzolaqlı xidmətin inkişafıi üçün 1,2 trilyon dollarlıq infrastruktur təklifi idə daxil olmaqla, məhdudlaşdırılmış planın təsdiqində iştirak edib-etmədiyinə aydınlıq gətirilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG