Accessibility links

Bayden sosial xərclərlə bağlı qanun layihəsini yekunlaşdırmağa çalışır


ABŞ Prezidenti Co Bayden bazar günü Delaverdəki evində iki yüksək vəzifəli senatorla bazar ertəsi Konqresə təqdim olunacağı gözlənilən sosial xərclər paketinin və iqlimə nəzarət üçün büdcə planının detallarını yekunlaşdırmağa çalışacaq.

Bayden Senatın Demokrat lideri Çak Şumer və prezidentin son əlli ildə Amerika ailələrinə dövlətin yardımını artırmağı təklif edən ilkin 3.5 trilyon dollarlıq planına böyük kəsirlərə çağıran iki əsas qanunvericidən biri olan Vest virciniyalı Co Mançinlə görüşəcək.

100 üzvlük Senatda Respublikaçılarla Demokratlar bərabər səs sayına sahib olduqları üçün siyasi razılıq və Demokratların kokusunun iki ən mötədil üzvü olan Mançinlə Arizona senatoru Kirsten Sinemanın səsləri, habelə Vitse-prezident Kamala Harrisin bərabərliyi pozan səsi qanun layihəsinin qəbul edilməsində böyük əhəmiyyət daşıyır.

Bayden bu həftə daha məhdud 2 trilyon dollarlıq büdcə planı ilə bağlı razılıq əldə edə biləcəyinə ümid bəslədiyini ifadə edib. Yekun qanun layihəsindən ictimai kolleclərdə iki illik pulsuz təhsil maddəsi çıxarılıb, ödənişli işçi məzuniyyəti və yaşlı amerikalılar üçün diş sığortası kimi maddələr isə ya kəsilib, ya da təxirə salınıb.

CNN-in “State of the Union” verilişində çıxış edən Demokratların nəzarət etdiyi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib ki, qanun layihəsinin 90 faizi üzərində razılıq əldə olunub və son detallar üzərində danışıqlar aparılır. O, qanun layihəsinin bazar ertəsi Konqresə təqdim olunacağını bildirib.

Pelosi deyib ki, Baydenin orijinal xərcləmə planının, demək olar, yarısının kəsilib atılma ehtimalına baxmayaraq bu, “bizim ailələrə yardım etmək baxımından etdiyimiz ən böyük şey olacaq.”

Nümayəndələr Palatasının lideri deyib ki, sosial xərclər paketinin planlarının detalları yekunlaşdırıldığı bir vaxt, onun məqsədi Senatın təsdiq etdiyi və hər iki partiyanın dəstəklədiyi Birləşmiş Ştatlar boyu genişzolaqlı internet xidmətini genişləndirməyi və ölkədə xarab olan yolları təmir etməyi nəzərdə tutan trilyon dollarlıq infrastrukturla bağlı qanun layihəsini Nümayəndələr Palatasında səsə qoymaqdır.

“Mən bu edə biləcəyimizə nikbinəm,” o deyib.

İnfrastruktur planına Senatdakı 19 Respublikaçı, eləcə də 50 Demokrat dəstəklərini ifadə edib, lakin Nümayəndələr Palatasının proqressiv Demokratları sosial xərclərlə bağlı qanun layihəsi ilə bağlı razılıq əldə olunana qədər infrastruktur planının qəbul olunmasını bloklayıblar.

Bayden sosial xərclər paketinin xərclərini ödəmək üçün korporasiyalara və ildə 400 min dollardan çox pul qazanan şəxslərə vergiləri artırmağı təklif edib, amma Sinema buna müqavimət göstərib. Bu səbəblə də Ağ Ev və Baydenin planın dəstəkləyən Demokratlar onu maliyyələşdirmənin başqa yollarını axtarmağa başlayıblar.

XS
SM
MD
LG