Accessibility links

Bayden tələbələrin federal borclarının bir hissəsini silməyi planlaşdırır


Prezident Co Bayden federal hökumətdən borc alan tələbələr üçün böyük dəyişiklər etməyi planlaşdırır ki, bu, bir çox gənc amerikalının borclarının azalmasına gətirib çıxara bilər.

Pew Araşdırma Mərkəzinin 2019-cu ilə olan məlumatına görə, 30 yaşında gənc amerikalıların üçdə birinin borcu var. Universitetə Çıxış və Nailiyyət İnstitutunun bildirdiyinə görə, 2018-ci ildə ortalama borc 29 200 dollar idi. Pew-ın məlumatına əsasən, təhsil borcları olan insanlar maddi baxımdan çətinlik çəkirlər.

Təhsil Nazirliyinin Federal Tələbələrə Yardım idarəsinin bildirdiyinə görə, tələb borclarının ümumi dəyəri 1.5 trilyon dollardır və onlar 42.9 milyon insana məxsusdur. Brookings İnstitutu bildirir ki, hökumət bakalavr dərəcəsində oxuyan və valideynlərindən kömək alan tələbələri maksimum 31 000 dollar, müstəqil olan tələbələri isə 57 500 dollar yardımla təmin edir.

“Bundan daha çox borcu olan insanlar isə demək olar hər zaman pulu magistr dərəcəsi üçün alırlar,” Brookings izah edib.

İnstitutun bildirdiyinə görə, bakalavr təhsili alanların 30 faizi universiteti borcu olmadan, təxminən 25 faiz isə 20 000 dollardan az borcla bitirir.

Baydenin planı

Baydenin planına əsasən, illik 25 000 dollardan az pul qazanan insanlar kredit ödənişi etmək məcburiyyətində deyillər və onların borclarının üzərinə faiz gəlməyəcək.

Baydenin planına valideynlərin bakalavr təhsili alan tələbələr üçün aldıqları Direct Plus krediti daxil edilməyib.

Onun vebsaytında qeyd olunanlara əsasən, 25 000 dollardan çox pul qazanan insanlar vergi, ev və yemək kimi zəruri xərclərdən sonra qalan maaşlarının 5 faizi ilə boclarını ödəməli olacaqlar. Yeni və ya mövcud kreditləri olan insanlar avtomatik olaraq bu gəlirə əsaslanan proqrama daxil ediləcəklər.

“20 ildən sonra bu proqram vasitəsilə məsuliyyətli şəkildə ödənişlərini edən insanların qalan borcları 100 faiz silinəcək,” vebsaytda bildirilib.

Dövlət qulluqçuları üçün isə Bayden dövlət və ya icma üçün xidmət göstərən tələbələrin borclarını maksimum beş il olmaqla, hər il üçün 10,000 dollar azaldacaq proqram həyata keçirməyi planlaşdırır. Məktəblərdə, qeyri-hökumət təşkilatlarında və hökumətdə çalışan insanlar avtomatik olaraq bu proqrama daxil ediləcəklər.

Data for Progress 2020-ci ilin noyabrında keçirdiyi rəy sorğusunda 1087 potensial seçiciyə bu planla bağlı sual yönləndirib. Sorğu iştirakçıları arasında Demokratların 44 faizi bu planı dəstəkləyib, Respublikaçıların 26 faizi isə qəti əleyhinə çıxıb.

Başqa ideyalar

Başqa Demokratlar isə daha böyük yardımın edilməsinə çağırıb.

Demokrat senatorlar Elizabet Uorren və Çak Şumer Prezident Baydeni sərəncam imzalayaraq Ali Təhsil Aktı altında tələbələrin 50 000 dollar dəyərində federal borclarını silməyə çağırıb.

XS
SM
MD
LG