Accessibility links

Bayden TikTok, WeChat və digər Çin tətbiqləri ilə bağlı qadağaları yeniləyir


Bayden administrasiyası keçmiş prezident Donald Trampın Çinə məxsus video-tətbiq - TikTok-u qadağan etməyə cəhd edən əmrini yenisi ilə əvəz edib. Yeni əmrə əsasən Çinə məxsus tətbiqlər mümkün milli təhlükəsizlik və məxfilik risklərinə görə nəzərdən keçiriləcək.

Prezident Co Baydenin icra sərəncamına əsasən Ticarət Departamentini TikTok, WeChat və digər Çin tətbiqlərini şəxsi məlumatlarını toplanması və ya Çin ordusu ilə bağlı olması ilə əlaqəli iddiaları araşdıracaq.

Ağ Evin bu sərəncamla əlaqədar verdiyi açıqlamaya əsasən, Ticarət Departamenti digər federal qurumlarla məsləhətləşərək "satış nəticəsində gələn zərərlərdən qorunmaq üçün tövsiyələr vermək, şəxsi məlumatlar, genetik məlumatlar daxil olmaqla həssas fərdi məlumatların ötürülməsi və ya onlara girişin əldə edilməsi, onların böyük məlumat bazalarında toplanması, xarici düşmənlərin mülkiyyətində olan və ya nəzarət etdiyi və ya yurisdiksiyasına və ya rəhbərliyinə tabe olan şəxslərə ötütürlməsi"-ni araşdıracaq.

"Administrasiya açıq, qarşılıqlı əlaqəli, etibarlı internetin təşviqi və insan hüquqları onlayn, eləcə də oflayn olaraq qorumaq və canlı qlobal rəqəmsal iqtisadiyyatı dəstəkləmək fikrinə sadiqdir" - deyə, The Verge dərgisi bir administrasiya rəsmisinə istinadən bildirib.

"Bu (icra əmri ilə) qarşılaşdığımız problem, Çin də daxil olmaqla, müəyyən ölkələrin bu öhdəlikləri və dəyərləri paylaşmamaları və bunun əvəzinə rəqəmsal texnologiyalardan və Amerika məlumatlarını istifadə olunması milli təhlükəsizlik riskləri baxımından qəbuledilməzdir" - deyə, administrasiya rəsmisi əlavə edib.

Trampın 2020-ci ilin yayında TikTok-u qadağan etmək səyləri məhkəmələr tərəfindən bloklanmışdı və məsələ tezliklə 2020-ci il prezident seçkilərinin kölgəsində qalmışdı.

Hər hansısa bir ABŞ şirkətinin TikTok-un ABŞ-dakı əməliyyatlarını ələ ala bilməsi ilə bağlı müzakirələr heç vaxt konkret fəaliyyətlə nəticələnməyib.

Digər tərəfdən keçən həftə Bayden administrasiyası Tramp dövründə Amerika şirkətlərinin Çin ordusu ilə əlaqəsi olan Çin firmalarına investisiya qoymağına mane olan əmrini daha da genişləndirib.

Əmrə əsasən, çinli müsəlman azlıqlara və Honq-Konqdakı demokratiya fəallarına qarşı istifadə edilməsi üçün nəzərdə tutlan nəzarət texnologiyalarının hazırlaması ilə tanınan 59 Çin şirkətinin siyahısı açıqlanıb.

Şərhlərə bax

XS
SM
MD
LG