Accessibility links

Donald Tramp rəqibinin onu məğlub edə biləcəyindən narahatdır


Birləşmiş Ştatlar prezidenti Donald Tramp belə görünür qarşıdan gələn prezident seçkilərində rəqibinin onu məğlub edə biləcəyindən narahatdır.

Tramp bazar ertəsi Demokrat Partiyasından prezidentliyə namizəd və vaxtı ilə Delaver ştatından senator olan sabiq vitse-prezident Co Baydenin doğulduğu Pennsilvaniya ştatında tərəfdarları qarşısında çıxış edib.

“Yadınızdan çıxarmayın, Bayden sizi atdı getdi. O, pennsilvaniyalı deyil. O burada doğulsa da sizi atıb getdi. O, sizi başqa ştata getdiyi üçün atdı. Xahiş edirəm, bunu yadınızdan çıxarmayın. Siz onun vecinə deyilsiz. Çünki o, sizin işlərinizi xilas etmədi, o imkan verdi ki, başqa ölkələr gəlib Amerikanı soysunlar” - deyə, Tramp bildirib.

Həm Tramp, həm də Bayden 2020-ci il prezident seçkilərində Pennsilvaniya ştatına üstünlük verir.

Co Bayden isə çıxışı zamanı “Əgər Amerika xalqı yumruq göstərən, əlləri və ürəyi açıq olmayan prezident istəyirsə, Trampa səs versin” deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada amerikalı jurnalist saxlanıb
please wait

No media source currently available

0:00 0:09:40 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG