Accessibility links

Co Bayden "Green card"a qoyulan qadağanı ləğv edib


Prezident Co Bayden sələfinin bir çox yaşıl kart (Green card) müraciətçilərinin ABŞ-a daxil olmalarını qadağan edən qərarını ləğv edib.

Keçmiş prezident Donald Tramp keçən il bu qadağanı koronavirus pandemiyası səbəbindən yüksək işsizlik səviyyəsinin hökm sürdüyü ABŞ-da iş yerlərinin qorunması üçün qoyduğunu demişdi.

Çərşənbə günü viza qadağasının ləğvini elan edən Bayden Trampın qərarının əsassız olduğunu, bunun ailələrin birləşməsinin qarşısını aldığını və ABŞ bizneslərinə zərər verdiyini deyib.

Demokrat Bayden Trampın sərt immiqrasiya siyasətinin əksəriyyətinin ləğv ediləcəyini vəd edib. İmmiqrasiya haqları müdafiəçiləri son zamanlar martın 31-də sona çatacaq viza qadağasının qaldırılması üçün təzyiq göstərirdilər.

Bayden xaricdən gələn müvəqqəti işçilərlə bağlı qərarı isə qüvvədə saxlayıb.

Keçən ilin oktyabr ayında Kaliforniyanın federal hakimi Trampın xaricdən gələn müvəqqəti işçilərə qoyduğu qadağanı bloklayıb. Belə ki, bu qadağanın təsirinə məruz qoyduğu yüz minlərlə ABŞ şirkəti məhkəməyə müraciət edib.

Qadağa qoyulan Yaşıl kart müraciətçilərini təmsil edən Kaliforniyanın immiqrasiya vəkili Körtis Morrison deyib ki, indi Bayden pandemiyaya görə aylardır təxirə salınan çox sayda viza müraciətləri məsələsini həll etməlidir. O, bu prosesin illərlə vaxt apara biləcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG