Accessibility links

Co Bayden trans-genderlərin ordu xidmətinə qoyulan qadağanı ləğv edib


Prezident Co Bayden trans-seksualların ABŞ ordusunda xidmət etməsinə qoyulan qadağanı ləğv edən sərəncam imzaladı.

2016-cı ildə prezident Barak Obamanın trans-genderlərin əsgərliyə getmələrinə və onların istədikləri cinsə keçmək üçün tibbi müalicə almalarına icazə vermişdi. Tramp trans-seksualların orduya qəbul edilmələrini qadağan edib, lakin hərbi xidmətdə olanların xidmətlərini davam etmələrinə icazə vermişdi.

“Bu gün trans-genderlərin hərbi xidmətdə qulluğuna qoyulan ayrı-seçkilik qadağasını ləğv etdim. Çox sadədir - xidmətə layiq olan hər kəs bunu açıq və qürurla edə bilsə, Amerika daha təhlükəsiz olar” - deyə, Bayden tweetter səhifəsində yazıb.

Tramp trans-seksualların orduda xidmət göstərmələrinə icazə verməyin başağrısı və əlavə xərc olacağını demişdi.

"Hərbçilərimiz diqqətlərini qətiyyətli və böyük qələbəyə yönəltməlidirlər, trans-seksualların orduya gətirəcəyi böyük tibbi xərclərə və pozuntulara deyil" - deyə, Tramp 2017-ci ildə twitter-də yazmışdı.

Baydenin müdafiə naziri, təqaüddə olan ordu generalı Lloyd Austin yeni qərarı dəstəklədiyini deyib.

"Prezidentin Amerika Birləşmiş Ştatlarının ordusunda xidmət etmək istəyən və uyğun standartlara cavab verə bilən bütün trans-genderlərin bunu açıq şəkildə və ayrı-seçkilik olmadan edə biləcəyi fikrini tamamilə dəstəkləyirəm" - deyə, general Lloyd bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG