Accessibility links

Bayden və Merkel Rusiyanın boru kəməri üzərində razılaşmadıqlarını qəbul edir


ABŞ Prezidenti Co Bayden Almaniya Kansleri Angela Merkel ilə birlikdə Rusiyanın mübahisəli təbii qaz boru kəməri ilə bağlı fikir ayrılıqları ilə əlaqəli sualları cavablandırarkən "Yaxşı dostlarda da fikir ayrılıqları olur" – deyib.

Bayden ABŞ və Almaniyanın Ukraynanın enerji təhlükəsizliyi zəifləyəcəyi təqdirdə hansı praktik tədbirlərin alınacağını nəzərdən keçirəcəyini deyib.

11 milyard dollar dəyərində olan Şimal Axını 2 boru kəməri başa çatmaq üzrədir. Bu boru kəməri Almaniyaya Rusiyadan idxal etdiyi qazın həcmini iki dəfə artırmağa imkan verəcək. Ancaq boru kəməri Ukraynadan yan keçəcək və beləliklə Kyivi gəlirli tranzit haqqından məhrum edəcək.

Bayden Merkel ilə “Rusiyanın qonşularını məcbur etmək və ya təhdid etmək üçün enerjini silah olaraq istifadə etməsinə icazə verilməməsi” mövzusunda razılaşdıqlarını qeyd edib.

“Bu layihənin nədən ibarət olduğu barədə fərqli nəticələrə gəldik. Ancaq çox açıq şəkildə deyim: Bizim fikrimizdə Ukrayna təbii qaz üçün tranzit ölkə olaraq qalır” – deyə, ABŞ və Almaniyanın yüksək vəzifəli şəxsləri arasında Ağ Evdəki görüşlərdən sonra Merkel bildirib.

Merkel və Bayden arasındakı görüşdən əvvəl Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin aparıcı Respublikaçı Nümayəndəsi Maykl Makkaul Baydenin Almaniya kanslerini boru kəməri ilə əlaqədar "daha aydın bir siyasət yürütməyə" çağıracağına ümid etdiyini deyib.

Hər iki lider “Berlinin boru kəməri istismara verildiyi təqdirdə Ukraynaya və Avropanın enerji təhlükəsizliyinə vurduğu ağır nəticələri heç vaxt yüngülləşdirə bilməyəcəyini dərk etməlidir. Gec olmadan Rusiyanın bu geosiyasi silahının qarşısı alınmalıdır” – deyə, o fikrini ifadə edib.

Makkaul Çin Kommunist Partiyasının “zərərli hərəkətləri” fonunda Baydenin Merkelin Pekinə münasibətinə də yön verəcəyinə ümid bəslədiyini əlavə edib.
Almaniyanın Çinlə güclü ticarət əlaqələri var və Merkelin ölkəsinin Vaşinqton və Pekin arasında seçim etməsindən qaçmağa çalışdığı görülür.

Bayden ABŞ və Almaniyanın “Çini və ya başqa bir ölkəni azad və açıq cəmiyyətləri sarsıtmaq üçün çalışdığı görülsə, demokratik prinsiplər və universal hüquqları müdafiə etmək” barədə razılığa gəldiklərini də bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG