Accessibility links

Bayden və Mun ABŞ-la Cənubi Koreya arasında vaksin əməkdaşlığını elan edib


ABŞ Prezidenti Co Bayden və Cənubi Koreya Prezidenti Mun Cae-in
ABŞ Prezidenti Co Bayden və Cənubi Koreya Prezidenti Mun Cae-in

ABŞ Prezidenti Co Bayden və Cənubi Koreya Prezidenti Mun Cae-in cümə günü Ağ Evdə keçirilən görüşdə ABŞ-Cənubi Koreya arasında vaksinlərin istehsalını və qlobal peyvənd tədarükünü artırmaq məqsədilə vaksin əməkdaşlığını elan ediblər.

“Biz pandemiyaya və gələcək bioloji təhlükələrə qarşı mübarizə aparmaq imkanlarımızı gücləndirəcəyik,” Bayden Munla birlikdə keçirilən birgə mətbuat konfransında bildirib.

Cənubi Koreya 52 milyon əhalisinin yalnız 3 faizinə vaksin tətbiq edə bilib, amma məqsədi noyabr ayına qədər tam immunitetə çatmaqdır. Razılığa əsasən ABŞ regionda ABŞ qüvvələri ilə birlikdə çalışan Koreya ordusunun 550 000 üzvünü vaksinlə təmin etməklə Seula bu məqsədinə çatmasına yardım edəcək.

Liderlər həmçinin diqqəti iqlim dəyişikliyi və regional təhlükəsizliyə, o cümlədən regiondakı başqa müttəfiqlərlə əməkdaşlığa yönəldiblər. Onlar Myanmada demokratik böhranı, Tayvan boğazında gərginliyi və yüksək texnologiyalı sənayelərdə əməkdaşlığı müzakirə ediblər.

Bayden Cənubi Koreya şirkətlərinə, o cümlədən Samsunq, Hyundai, SK və LG-yə minnətdarlığını bildirib. Onlar ABŞ-a 25 milyard dollardan çox sərmaye qoymağı vəd edib.

Mun Yaponiya Baş naziri Yoşihidedən sonra Baydenin yanvar ayında vəzifəsinin icrasına başlayandan bəri Ağ Evdə qəbul etdiyi ikinci dünya lideridir.

Şimali Koreya

Hər iki lider Şimali Koreyanın nüvə proqramına son qoymaq öhdəliklərini dilə gətirib.

“Biz ikimiz də vəziyyətlə bağlı dərin narahatlıq keçiririk,” Bayden deyib.

ABŞ prezidenti elan edib ki, administrasiya təcrid olunmuş ölkə ilə diplomatik əlaqələr qurmaq istədiyi üçün o, Şimali Koreya siyasəti sayəsində böyük təcrübəyə malik Sunq Kimi Şimali Koreya üzrə xüsusi elçi təyin edib.

“Bizim iki ölkə həmçinin Koreya yarımadasının nüvəsizləşdirilməsi məqsədinə çatmaq üçün Şimali Koreya ilə gərginliyi azaldacaq praqmatik addımlar atmaq məqsədilə diplomatik danışıqlar aparmaq niyyətimizi dilə gətirdi,” Bayden bildirib.

Mun iki ölkənin nüvəsizləşdirmənin zamanlaması ilə bağlı eyni düşüncələrə sahib olduqlarını vurğulayıb.

Trampla Şimali Koreya lideri arasında şəxsi diplomatiyaya baxmayaraq Pxenyan son dörd ildə nüvə silahlarını və yanacaq ehtiyatını artırıb.

“Şimali Koreya ilə çıxılmaz vəziyətdəyik və böyük ehtimal var ki, Şimali Koreya yaxında təxribat kampaniyasına əl atacaq,” Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən təhlilçi Su Mi Terri deyib.

XS
SM
MD
LG