Accessibility links

Baydenin vəzifəsinin 100-cü günü - Nailiyyətlər və vədlər


ABŞ prezidentliyinə bütün namizədlər kimi Co Bayden də keçənilki seçki kampaniyasının çox hissəsini vəd verməklə keçirib. 100-cü iş günü yaxınlaşdıqca prezidentin fəaliyyətinin qiymətləndirilməsi üçün ənənəvi bir mərhələdir. O, verdiyi sözlərin bir çoxuna əməl etsə də, bəzilərini yerinə yetirə bilməyib.

Prezidentin kampaniya vədləri siyasət sahələrindən asılı olmayaraq, üç yerə bölünə bilər. Burada əlçatan işlər var idi ki, Bayden “birinci gün” qələmin gücü ilə verdiyi sərəncamlardır.
Aprelin 15-nə qədər Bayden özündən əvvəlki sələflərindən daha çox - 49 sərəncam və memorandum imzalayıb. Bu tarixə qədər sələfi Donald Tramp 36, Barack Obama 34, Corc W. Buş isə 12 sənədə imza atmışdı.

Daha mürəkkəb məsələlərə gəldikdə isə icra hakimiyyətinin səlahiyyətləri ilə siyasətlərin dəyişdirilməsi və təşəbbüslər vaxt ala bilər. Lakin bunlar Konqres üzvlərinin iştirakı olmadan nail olunacaq işlərdir.

Bayden iki əsas tərəf arasında əlaqənin dəyişəcəyi ilə bağlı böyük vədlər verib. O, Respublikaçılar və Demokratları bir araya gətirərək, ölkə üçün vacib olan mövzularda hər iki tərəfin birlikdə işləmələri üçün çalışacağını deyib.

Bayden birinci bölmədəki geniş siyasət sahələrindəki məsələlərlə bağlı verdiyi vədlərin əksəriyyətini, ikinci bölmədəkindən bəzilərini yerinə yetirsə də, onun Konqresdə iki tərəf arasında müvəffəqiyyətlər əldə etmək səyləri demək olar ki, boşa çıxıb.

Bayden İqlim Dəyişikliyi və Qlobal İstiləşmə ilə bağlı məsələlərdə nailiyyət əldə etməyi asanlıqla bacarıb. Vəzifəsinin icrasına başladığı ilk səkkiz gündə ABŞ-ın Parisin iqlim razılaşmasına yenidən qoşulacağını, Keystone XL boru kəməri kimi yüksək istixana qazı tullantıları ilə əlaqəli layihələri dayandırılmasına dair göstəriş verdiyini və Senatdan hidroflorokarbon istehsalının azaldılmasına dair beynəlxalq razılığın təsdiq edilməsini xahiş edəcəyini bildirib.

Cümə axşamı Bayden beynəlxalq liderlərin İqlim Dəyişikliyi zirvə toplantısı çağıracağı vədinə də sadiq qalıb. O, noyabr ayında BMT-nin Qlazqoda keçirəcəyi 26-cı İqlim Dəyişikliyi Konfransından əvvəl dünya liderlərini virtual konfransa toplayıb və 2005-ci il razılığına əsasən 2030-cu ilədək ABŞ-ın istixana qazı emissiyalarını yarıya qədər azaldacağına söz verib.

Prezident Bayden son zamanlar baş vermiş silahlı insidentlərdən sonra silahlı zorakılıqların qarşısının alınmasına yönəlmiş bir sıra sərəncam imzalayıb. Lakin silahlara nəzarətlə bağlı qanun layihəsinin hazırda bölünmüş ABŞ Konqresində qəbul edilməsi perspektivləri zəif görünür.

Bayden qadınlara qarşı zoralılıqlar əleyhinə aktın yenilənməsinə dair qanun layihəsi imzalayacağına söz verib. Sənəd Nümayəndələr Palatası tərəfindən təsdiqlənsə də, Senatın təsdiqini əldə etməyib.

Yanvarın 20-də, ölkəyə rəhbərliyinin ilk günündə Bayden federal binalarda maska taxmaq barədə qanun elan edib və Tramp administrasiyasının geri çəkildiyi ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına yenidən üzv olmaq istədiyini bildirən bir məktub göndərib.

ABŞ dövlət başçısı eyni zamanda pandemiya ilə əlaqəli vədlərini də yerinə yetirib. Onun 100 gün ərzində 100 milyon peyvənd vədi ikiqat yerinə yetirilib.

Bayden Trampdan fərqli olaraq yetkinlik yaşına çatmayan müşayiətsiz uşaqları qovmaqdansa, ABŞ-da qalmasına icazə verib.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG