Accessibility links

Bayden vitse-prezidentliyə namizədin irəli sürülməsini gecikdirir


Bayden vitse-prezidentliyə namizədin irəli sürülməsini gecikdirir
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Demokrat Partiyasından prezidentliyə rəsmi namizəd olacağı ehtimal edilən Co Bayden bu həftə vitse-prezidentliyə namizədin irəli sürülməsini təxirə salıb. Ehtimallara görə, bu, Baydenin kampaniyasında namizədlər arasında önə çıxan Kaliforniya senatoru Kamala Harrislə bağlı daxili fikir ayrılıqları ilə əlaqədardır. Hazırda vitse-prezidentliyə daha bir neçə başqa namizəd nəzərdən keçirilir. Bildirildiyinə görə, bu namizədlər ilkin seçki kampaniyasında o zaman rəqib olan Baydenlə mübahisə etmiş Harrislə müqayisədə komandada təmsil olunmaq üçün daha yaxşı potensiala malikdirlər.

Co Bayden Kaliforniya senatoru Kamala Harrisin namizədliyinə partiyada getdikcə daha çox müqavimət göstərildiyi haqda xəbərlərdən sonra bu vəzifəyə potensial namizəd axtarışlarını genişləndirib.

Bu ilin əvvəli kampaniya tədbirində Bayden vəzifəyə yüksək bacarığı olan qadın namizəd göstərəcəyinə söz vermişdi. Ölkədə irqi bərabərsizliyə qarşı nümayişlər artdıqca onun bu vəzifəyə afro-amerikalı qadın namizəd göstərməsi ilə bağlı çağırışlar artmağa başladı.

Niambi Karter Hovard Universitetində Siyasi elmlər professorudur.

“Fkrimcə, bu, qaradərili seçiciləri və bəlkə də noyabrda ona görə səsverməyə getməyə o qədər meylli olmayan gəncləri motivasiya etməkdə önəmlidir.”

Hindli və yamaykalı mühacirlərin qızı olan nüfuzlu senator və prezidentliyə keçmiş namizəd Harris ehtimal edilən seçim idi.

Lakin Baydenin bəzi yaxın müşavirlərinin Harrisin loyallığı və ambisiyaları ilə bağlı suallar qaldırdığı bildirilir. Harrisin sonuncu debat zamanı Baydenlə yaranmış gərginliyi hələ də ünvanlamadığı deyilir və Baydenin çevrəsindəki bəzi yaxın şəxslər Harrisin öz gələcək prezidentlik arzularını Baydenin proqramına dəstəkdən üstün tuta bilcəyindən narahatdır.

Kamala Harrisin bu narahatlıqları ünvanlamaq üçün bu həftə Baydenin kampaniya üzvləri ilə görüşəcəyi deyilir.

Demokrat strateq Cared Leopoldun fikrincə, Bayden rəy sorğularında prezident Donald Trampdan irəli olduğu bir vaxt vitse-prezidentliyə namizəd seçimində heç bir mübahisəyə yol vermək istəməyəcək.

“O çox güman ki, layiqli bir namizəd, etibar edilə biləcək birini, ilk gündən işə başlayacaq və tənqidlərin hədəfi olmayacaq birini seçəcək.”

Bu arada, vitse-prezidentliyinə digər potensial namizədlər nəzərdən keçirilir.

Kaliforniyadan Konqres üzvü Karen Bass bu günlər öncüllər sırasına çıxıb. O, opponentlərinin Kuba lideri Fidel Kastro və mübahisəli Sayentologiya kilsəsinin tərifi kimi qəbul etdikləri açıqlamalarına görə tənqid edilir.

Digər afro-amerikalı namizədlər arasında isə əvvəllər seçkili vəziyəfə namizədliyini irəli sürməyən keçmiş milli təhlükəsizlik müşaviri Süzan Rays, Corciya ştatından keçmiş qanunverici Steysi Abrams və Floridadan Konqres üzvü Val Deminqs göstərilir. Abrams və Deminqsin kifayət qədər təcrübəsi olmadığı ilə bağlı suallar qaldırılır.

Demokratiya İnstitutunun təhlilçisi Patrik Başam.

“Kiminsə daha az təcrübəsi olması, kiminsə o qədər uyğun olmaması, ya da az tanınması və yaxud da sınaqdan keçirilməməsi və hər an Oval ofisə gələ biləcəklərini sübuta yerinə yetirməməsi kimi problem var.”

Namizədlikləri nəzərdən keçirilən digər qadın siyasətçilər arasında İllinoysdan Asiya mənşəli amerikalı senator, İraq müharibəsi veteranı Tammi Dakvorth, Nyu Meksiko ştatının latın amerikalı qubernatoru Mişel Lujan Qrişam, Massaçusets senatoru Elizabet Uorren və Miçiqan qubernatoru Qretçen Vitmerin adları qeyd edilir.

Mənbələrin verdiyi məlumata əsasən, Bayden növbəti iki həftə ərzində partiyadan rəsmi olaraq nominasiya alacağı Demokrat Partiyasının qurultayından öncə vitse-prezidentliyə namizədinin adını açıqlamalıdır.

XS
SM
MD
LG