Bayden vitse-prezidentliyə namizədin irəli sürülməsini gecikdirir
Demokrat Partiyasından prezidentliyə rəsmi namizəd olacağı ehtimal edilən Co Bayden bu həftə vitse-prezidentliyə namizədin irəli sürülməsini təxirə salıb. Ehtimallara görə, bu, Baydenin kampaniyasında namizədlər arasında önə çıxan Kaliforniya senatoru Kamala Harrislə bağlı daxili fikir ayrılıqları ilə əlaqədardır. Hazırda vitse-prezidentliyə daha bir neçə başqa namizəd nəzərdən keçirilir. Bildirildiyinə görə, bu namizədlər ilkin seçki kampaniyasında o zaman rəqib olan Baydenlə mübahisə etmiş Harrislə müqayisədə komandada təmsil olunmaq üçün daha yaxşı potensiala malikdirlər.
Episodes
-
Noyabr 29, 2024
Sorğu: "Türkiyədə minimum əmək haqqı nə qədər olmalıdır?"
-
Noyabr 29, 2024
Tofiq Yaqublunun məhkəməsi: İyun ayında başlayan proses uzadılır
-
Noyabr 29, 2024
Azərbaycanda bələdiyyələrin statusu və onlara yanaşma