Accessibility links

Co Bayden: "Mən qütbləşdirən deyil, birləşdirən prezident olacağam"


ABŞ-ın sabiq Vitse-Prezidenti, ABŞ prezident seçkisinin proqnozlaşdırılan qalibi Co Bayden şənbə günü Delaver ştatının Vilminqton şəhərində xalqa müraciəti zamanı ölkənin “qütbləşdirən deyil, birləşdirən prezident” olacağını vəd etdi.

“Sərt ritorikanı kənara qoymaq, hərarəti azaltmaq, bir-birimizi görüb, bir-birimizi dinləmək vaxtıdır,” Bayden bildirdi.

Bayden tərəfdarlarını ona səs verməyənlərə yardım əllərini uzatmağa çağırdı və Prezident Donald Trampı dəstəkləyənlərin məyusluqlarını anladığını bildirdi:

“Mən özüm bir neçə dəfə məğlub olmuşam,” Bayden dedi. “Gəlin indi bir-birimizə şans verək.”

Prezident seçilən Bayden həmçinin bazar ertəsi pandemiyanı nəzarət altına almaq üçün “elmi təməl üzərində qurulan” COVID-19-la mübarizə işçi qrupu yaradacağını elan etdi. Cons Hopkins Universitetinin məlumatına görə, 9.8 milyondan çox amerikalı virusa yoluxub, 237,000-dən çox insan həyatını itirib.

Yarım əsrə yaxın bir müddət Vaşinqtonun siyasi dairələrində yer alan Baydenin yanvarın 20-də vitse-prezidentliyə seçilən kaliforniyalı senator Kamala Harrislə birgə inaqurasiya ediləcəyi gözlənilir.

Kamala Harris
Kamala Harris

Bayden şənbə günü səhnədə Harris tərəfindən təqdim olunub. İmmiqrantların qızı olan Harris vitse-prezident vəzifəsini icra edən ilk qadın, ilk afrikalı amerikalı və ilk hindistanlı amerikalı olacaq.

“Bu seçkidə bizim demokratiyamız üzərinə səsvermə keçirildiyi, Amerikanın ruhu sual atlında olduğu və dünya bizimi izlədiyi bir zaman siz Amerika üçün yeni bir günün müjdəçisi olnuduz,”deyə Harris onları izləmək üçün toplaşan kütləyə səsləndi.

O, ölkə boyu seçicilərə səsvermədə rekord fəallığa və açıq mesaj verdiklərinə görə təşəkkür etdi: “siz ümid, birlik, ləyaqət, elm və əlbəttə ki, həqiqəti seçdiniz. Siz Co Baydeni Birləşmiş Ştatların növbəti prezidenti seçdiniz,” o dedi.

Harris qadınların səsvermə hüququna ehtiram göstərmək məqsədilə ağ geyimdə çıxış etdi və nitqinin başında vətəndaş hüquqları müdafiəçisi olan mərhum konqresmen Con Luisə ehtiramını bildirdi. O həmçinin anası Şiamala Qopalan Harris və ondan öncə gələn qadın nəsillərinə ehtiramını bildirdi.

“Mən bu vəzifəni icra edən ilk qadın olsam da, son olmayacağam,” o dedi. “Bu gün bizi izləyən hər bir balaca qız buranın imkanlar ölkəsi olduğunu görəcək.”

36 il boyunca ABŞ Senatında və səkkiz il sabiq prezident Barak Obamanın admininistrasiyasında Vitse-Prezident vəzifəsində çalışan Baydenin şənbə günü mətbuat orqanlarının onun Pennsilvaniya ştatında aşılmaz üstünlük əldə etdiyini müəyyən etməsindən sonra ABŞ prezident seçkisiin qalibi olacağı proqnozlaşdırıldı.

Bu ştatın 20 elektoral səsi ilə Baydenin əldə etdiyi səslərin sayı prezident olmaq üçün tələb olunan 270 elektoral səsi keçir. Bundan bir neçə saat sonra onun Nevada ştatında da qalib gəldiyi proqnozlaşdırıldı.

Hər bir ştatın səsvermə nəticələri 30 gün boyunca təsdiq edilməyəcək və səsvermə ilə bağlı məhkəmə iddiaları qaldırıla bilər, lakin bu nəticələrin dəyişməyəcəyi gözlənilir.

Kamala Harris və Co Bayden
Kamala Harris və Co Bayden

Ölkə boyu Bayden tərəfdarları onun qələbəsinə görə sevinclərini nümayiş etdirmək üçün küçələrə axışıblar. Vaşiqntonda böyük bir qrup Ağ Evin önündəki küçədə rəqs edib, mahnı oxuyub.

Baydenin qələbəsinə dair proqnoz dörd gün davam edən qeyri-müəyyənlikdən sonraya təsadüf edib. Bu dörd gün ərzində altı ştatda rəsmilər koronavirusa yoluxmamaq üçün seçi məntəqələrindən uzaq durmaq məqsədilə seçki bülletenlərini poçtla göndərən milyonlarla insann səsləri hesablayıblar.

Böyük mətbuat təşkilatları, o cümlədən adətən Trampı dəstəkləyən Fox News Baydenin qələbəsi ilə bağlı proqnozu elan edən zaman Tramp Vaşinqton yaxınlığındakı qolf meydançasına yola düşmüşdü. Trampın kampaniyası dərhal bu proqnozu rədd edən bəyanat yaydı və nəticəni dəyişmək üçün mübarizəni məhkəmələrdə davam etdirəcəyini təkid etdi.

“Biz hamımız Co Baydenin nə üçün yanlış yerə özünü qalib olaraq göstərməyə tələsdiyini və nə üçün onun mediadakı müttəfiqlərinin ona yardım etməyə çalışdıqlarını bilirik: onlar həqiqətin üzə çıxmasını istəmirlər. Sadə olaraq fakt odur ki, bu seçki hələ bitməyib,” bəyanatda qeyd edilib.

“Co Baydenin heç bir ştatın, o cümlədən səslərin məcburi olaraq təkrar hesablanacağı mübahisəli ştatlarda və ya bizim kampaniyamızın əsaslı və qanuni şəkildə yekun qalibi müəyyən edəcək məhkəmə iddiaları qaldırdığımız ştatlarda qələbəsi təsdiq edilməyib,” bəyanatda bildirilib.

Baydenin qələbəsi son 40 ildə Trampı ikinci dönəmə seçilməyə nail olmamış üçüncü prezident edir.

Seçki nəticələrinin çox yaxın, adətən yarım faizdən az olduğu ştatlarda səslər təkrar hesablanacaq. Bundan əlavə seçkidə qanunauyğunsuzluqların olduğunu bildirən Tramp və Respublikaçılar Partiyasının qaldırdığı məhkəmə iddiaları səbəbilə bəzi ştatlarda seçki nəticələri yenidən hesablana bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG