Accessibility links

Bayden milyonlarla amerikalıya pul yardımı vədinə əməl edir


ABŞ Prezidenti Co Bayden çərşənbə günü ölkənin koronavirusun viran qoyduğu iqtisadiyyatını inkişaf etdirmək üçün milyonlarla amerikalıya 1400 dollar çek göndərmək barədə öhdəliyini bir daha təkrar edib. Lakin o, Respublikaçıların bu pulu kimlərin alıb-almayacağına dair məhdudiyyətləri sərtləşdirmək tələblərinə açıq olduğunu deyib.

Nümayəndələr Palatasında və daha sonra isə Ağ Evdə bir qrup Demokrat senatorla görüşən Bayden bəzi Respublikaçıların yardım paketinin daha məhdud, 618 milyard dollar olmasını istəməsinə baxmayaraq, 1.9 trilyon koronavirus yardım paketinin tez bir zamanda təsdiq edilməsinə çağırıb.

Bayden Nümayəndələr Palatasının millət vəkillərinə 1400 dollarlıq çeki daha aşağı gəlirli vətəndaşlar üçün ayrılmasını, Lakin stipendiyaların azaldılmayacağını söylədiyini deyib. Sabiq Prezidentin dekabr ayında təqdiqlədiyi 600 dollarlıq yardımı Bayden ikiyə qaldıraraq kampaniyası zamanı verdiyi vədinə əməl etmiş oldu.

"Mən işimə Amerika xalqına verdiyim vədi pozmaqla başlamayacağam" - deyə, Bayden planlaşdırdığı kimi 75 000 dollar qazanan fərdlərə və ya illik ümumi gəliri 150.000 dollar olan cütlüklərə gedəcək birbaşa ödənişlər barədə danışarkən bildirib.

Respublikaçılar və bəzi Demokratlar ödənişlərin yalnız gəlirləri çox aşağı olan insanlara edilməsini istəyir.

Şərhlərə bax

XS
SM
MD
LG