Accessibility links

Bayden: ABŞ İŞİD-i məhv edəcək


ABŞ-ın vitse-prezidenti Co Bayden Yaxın Şərqə beş günlük səfərinə Birləşmiş Ştatların İŞİD-i məhv edəcəyi vədi ilə başlayıb.

Co Bayden Əbu Dabi yaxınlığında ABŞ-ın Əl-Dhafra hərbi hava qüvvələrinin bazasında Amerika əsgərləri qarşısında çıxış edib.

Co Bayden İŞİD döyüşçülərini cinayətkar və qorxaq adlandıraraq deyib: “Biz İraq və Suriyada İŞİD-in region və dünyaya zəhərini püskürə bilməməsi üçün onu ürəyinə zərbə endirməliyik.”

ABŞ-ın vitse prezidenti Co Bayden Yaxın Şərqə səfərinin ilk dayanacağı olan Əbu Dabidə vəliəhd şahzadə Şeyx Məhəmməd bin Zayed Əl Nahyanla görüşüb. Baydenin səfərinin növbəti dayanacaqları İsrail və İordaniya olacaq.

“Biz İraq və Suriyada İŞİD-in region və dünyaya zəhərini püskürə bilməməsi üçün onu ürəyinə zərbə endirməliyik.”-ABŞ-ın vitse-prezidenti Co Bayden

Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın körfəzdə ən yaxın müttəfiqidir və regionun mühüm ticarət mərkəzidir.​

ABŞ-ın vitse prezidenti həmçinin Əbu Dabidə Şeyx Zayed məscidini ziyarət edib və təmiz enerji şəhəri olan Masdaridə olub.

Ağ Ev bildirib ki, Bayden regionun liderləri ilə görüşlər zamanı ABŞ-ın iqtisadi və enerji maraqları, eləcə də İran və Suriya ilə bağlı təhlükəsizliyə dair narahatlıqları müzakirə edəcək.

Çərşənbə axşamı günü ABŞ-ın vitse-prezidenti vitse İsrailə səfər etməzdən əvvəl Dubayı ziyarət edəcək.

ABŞ-ın vitse-prezidenti Co Bayden Birləşmiş Ərəb Əmirliklərində Şeyx Zayed məscidini ziyarət edir
ABŞ-ın vitse-prezidenti Co Bayden Birləşmiş Ərəb Əmirliklərində Şeyx Zayed məscidini ziyarət edir

Onun İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü planlaşdırılır. Netanyahu müzakirələrdən əvvəl bildirib ki, bu görüş İsrail və Birləşmiş Ştatlar arasında möhkəm əlaqələrin mövcudluğuna işarədir.

Co Baydenin həmçinin Fələstinin prezidenti Mahmud Abbasvə cümə axşamı günü İordaniya kralı Abdulla ilə görüşü planlaşdırılır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG