Accessibility links

Yaxın Şərq hökumətlərinin əksəriyyəti Baydenin qələbəsinə müsbət reaksiya verib


Co Baydenin ABŞ-ın 46-cı prezidenti seçilməsinə Yaxın Şərq hökumətlərinin əksəriyyətinin müsbət reaksiya verməsi ilə yanaşı, hakimiyyətdən gedən prezident Donald Trump ilə yaxın əlaqələri olan bir neçə Körfəz ölkəsi ehtiyatla reaksiya verib.

Suriya dövlət televiziyası Co Baydenin ABŞ prezidenti Donald Tramp üzərində qələbəsini elan edərkən onlar barədə tənqidlərdən yayınıb. Hökumətin gündəlik Al-Tavra televiziyası Baydenin sələfi Trampın düşmən retorikalarından "uzaqlaşacağına" söz verdiyini qeyd edib.

İranın ali ruhani lideri Ayətullah Əli Xameneyi tərəfdarlarına Baydenin qələbəsinin "heç bir şeyi dəyişməyəcəyini" deyib. Baxmayaraq ki, vitse-prezident Eşaq Cahangiri Tvit edərək, "Vaşinqton"un dağıdıcı siyasətində və Tramp komandasının "davakar" adlandırdığı mövqeyindən fərqli olaraq Baydenin "dəyişiklik görəcəyinə" ümid etdiyini yazıb.

Əli Xameneyi
Əli Xameneyi

Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed BƏƏ və ABŞ-ın "güclü tarixi tərəfdaşlığı olan dost və müttəfiq" olduğunu vurğulayıb, Co Baydenvə Kamala Harrisi ABŞ seçkilərindəki qələbə münasibəti ilə təbrik edib,

Misir Prezidenti Əbdülfəttah əs-Sissi Baydeni Misir və ABŞ arasındakı strateji ikitərəfli əlaqələrin gücləndirilməsi üçün əməkdaşlıq və birgə fəaliyyət səylərini alqışlarayaraq təbrik edib.

Səudiyyə Ərəbistanına məxsus əl-Arabiya TV-si Baydenin “yeni siyasətlərə və Amerika üçün yeni bir istiqamətə diqqət yetirəcəyi bildirlərək, onun qələbəsini elan edib.

Tramp administrasiyası ilə yaxın əlaqələri olan Səudiyyə hökuməti Baydenin qələbəsini rəsmi olaraq şərh verməyib.

Əbdel Fəttah əl-Sissi
Əbdel Fəttah əl-Sissi

Qətər əmiri Şeyx Təmim Baydenin zəfərini eşitdikdən sonra onu təbrik edərək, Vaşinqton və Dohanın "dostluq və əməkdaşlıqlarını gücləndirəcəklərinə" ümid etdiyini deyib. Qətərin Tramp administrasiyası ilə münasibətləri çox vaxtlar gərginləşmişdi.

Tramp administrasiyası ilə tez-tez mübahisə edən Livan Prezidenti Mişel Aun "Amerika-Livan münasibətlərində tarazlığa qayıdacağına" ümid etdiyini ifadə edərək Baydeni təbrik edib.

Sudan baş naziri Abdullah Hamduk jurnalistlərə yeni Bayden rəhbərliyi ilə "yaxından işləyəcəyinə" ümid etdiyini deyib.

İraq Prezidenti Barham Salih isə Baydeni " İraqın daha yaxşı qurulması yolunda dost və etibarlı tərəfdaş" adlandırıb.

XS
SM
MD
LG