Accessibility links

Co Bayden inaqurasiya çıxışında ölkə üçün “müsbət və nikbin” bir versiya ortaya qoymağı planlaşdırır


“ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden çərşənbə günü inaqurasiya çıxışında ölkə üçün “müsbət və nikbin” bir versiya ortaya qoymağı planlaşdırır və vəzifəsindən gedən Trampın rəhbərliyi altında “son dörd ilin parçalanması və nifrət səhifəsini çevirməyə çalışacaq”.

Bunu Baydenin yardımçısı bildirib.

Baydenin rabitə direktoru Keyt Bedinfild ABC-nin "Bu həftə" verilişinə verdiyi müsahibədə ABŞ-ın yeni liderinin "hər kəsi birlikdə çalışmağa çağıran bir irəliləyiş yolu ortaya qoyacağını" deyib.

O əlavə edib ki, bütün amerikalıların istədiyi məhz budur.

"Onlar bir daha özləri tərəfindən doğru işi görməyə və gündəlik həyatlarında onlara kömək etməyə yönəlmiş bir hökumət istəyirlər” - deyə, o qeyd edib.

"Səksən bir milyon amerikalı Baydenə səs verib, çünki o bizi birlikdə işləyə biləcəyimiz bir nöqtəyə gətirəcək bir versiya hazırlayıb" - deyə, Keyt Bedinfild bildirib.

Yanvarın 20-də Co Bayden Trampın tərəfdarlarının 2 həftə əvvəl hücum etdiyi ABŞ Kapitolisi yaxınlığında and içəcək.

Milli Qvardiya qüvvələri və hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxt Vaşinqtonu qoruyur.

Təhlükəsizliklə bağlı narahatlıqlara baxmayaraq, Bayden inaqurasiya mərasimində iştirak etməyi planlaşdırır.

Keyt Bedinfild deyib ki, “planımız və gözlədiyimiz budur ki, yeni seçilmiş Prezident Bayden ailəsi ilə birlikdə yanvarın 20-də Kapitolinin qərb hissəsində İncilə əl qoysun."

O bildirib ki, dəyişkən bir dövrdə olduğumuza dair sual ola bilməz. “Əlavə etirazların baş verə biləcəyi barədə sosial mediadakı söhbətlərə baxmaq məcburiyyətindəyik” - deyə, o əlavə edib.

Bedinqfild bildirib ki, bazar ertəsindən etibarən Baydenin keçid komandası 20 yanvarda ortaya çıxacaq hər bir ssenariyə hazır olmaq üçün “milli təhlükəsizlik və hüquq-mühafizə sahəsindəki rəhbərliklə gündəlik görüşlər keçirəcək.

XS
SM
MD
LG