Ağ Ev rəsmisinin cümə günü bildirdiyinə görə, ABŞ Prezidenti Co Bayden baza günü Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbət edəcək. Cümə axşamı isə Bayden Rusiya lideri Vladimir Putin ilə Ukrayna-Rusiya sərhədində gərginliyi azaltmağı müzakirə edib.
Bayden daha sonra müxbirlərə deyib ki, o, Putinə bir daha bildirib ki, Ukraynaya hərbi müdaxilə sanksiyakarın tətbiqinə və ABŞ-ın Avropada mövcudluğunun artmasına gətirub çıxaracaq. Avropada isə Rusiyanın sərhəddə əsgəri qüvvə toplaması səbəbilə yüksək gərginlik mövcuddur.
ABŞ və Rusiya liderləri cümə axşamı 50 dəqiqəlik telefon danışığı zamanı Ukrayna ilə bağlı bir-birilərinə xəbərdarlıqlar ediblər.
Mən Prezident Putinə açıq bildirdim ki, o, hər hansı əlavə addım atsa, əgər Ukraynaya daxil olsa, biz sərt sanksiyalar tətbiq edəcəyik. Biz NATO müttəfiqlərimizlə birlikdə Avropada mövcudluğumuzi artıracağıq və bunun ağır bədəli olacaq,” Bayden Delaverdə bir restorandan çıxarkən müxbirlərə deyib.
Bayden bildirir ki, Putin həll yolu tapmağa yardım etmək üçün gələn həftə yüksək səviyyəli rəsmiləri ilə “üç böyük konfrans” keçirməyə razılaşıb və deyib ki, o həmin müzakirələrdə irəliləyişin əldə olunacağını gözləyir. Lakin Bayden əlavə edib ki, “Mən bunun yalnız o de-eskalasiya etdiyi təqdirdə işləyəcəyini” vurğuladıb.
Moskvanın sərhəddə qoşun saxlamağa davam etdiyi halda sanskiyalarla üzləşib-üzləşməəcəyinə dair suala cavab olaraq Bayden deyib ki, “Mən bunu burada açıq müzakirə etməyəcəm, amma biz aydın şəkildə ona çatdırdıq ki, o, Ukraynaya müdaxilə edə bilməz – bir daha vurğulayıram – bilməz.”
Baydenlə Putin arasında telefon danışığı iki ölkə arasında daha aşağı səviyyədə müzakirələrə yol açıb. Belə ki, 9-10 yanvar tarixlərinə ABŞ-Rusiya əhlükəsizlik görüşü, yanvarın 12-də Rusiya-NATO sessiyası və yanvarın 13-də Rusiya, ABŞ və Avropa ölkələrinin iştirakı ilə daha genişmiqyaslı konfrans keçiriləcək.
Blinken Kanada və İtaliyanın xarici işlər nazirləri ilə söhbəti zamanı Rusiyanın Ukraynaya qarşı təcavüzünün qarşısı almaq üçün vacib cavab tədbirini müzakirə edib.