Accessibility links

Bayden Zelenski ilə telefon söhbəti aparacaq


ABŞ prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinlə dekabrın 30-da telefon danışıqlarından sonra bazar günü Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon söhbəti gözlənilir.

Ağ Evin sözçüsünün Bayden və Putinlə söhbətindən sonra jurnalistlərə bildirdiyinə görə, Bayden “ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləmək, regionda gərginliyi azaltmaq üçün diplomatik səylərə hazırlaşmağı nəzərdən keçirmək məqsədilə” Ukrayna prezidenti Zelenski ilə telefonla danışmağı planlaşdırır.

Co Baydenin özü dekabrın 31-də Delaver ştatının Vilmington şəhərində Yeni il tədbirləri zamanı jurnalistlərə Rusiyanın Ukraynaya qarşı yeni aqressiv hərəkətlərinin Rusiya iqtisadiyyatına ağır zərbə olacaq sərt sanksiyalara gətirib çıxaracağını bildirib.

Keçən həftə telefon söhbəti zamanı Bayden Rusiyanın Ukrayna sərhədi yaxınlığında əsgərləri qüvvə cəmləşdirməyə davam etdiyi vaxt prezident Putinilə gərginliyi azaltmağa çağırıb.

“Prezident Putinə aydən etdik ki, əgər o, daha bir addım atsa, Ukraynaya müdaxilə etsə, o zaman ciddi sanksiyalar tətbiq edəcəyik. Biz NATO müttəfiqlərimizlə birlikdə Avropada mövcudluğumuz artıracağıq və bu (Rusiya üçün) onun ödəməli olacağı yüksək bədəl olacaq”, Bayden bildirib.

Bayden həmçinin bildirib ki, Rusiya lideri ilə telefon danışıqları zamanı Cenevrədə yanvarın 9-10-u tarixlərində ABŞ-Rusiya diplomatik danışıqları, eləcə də yanvarın 12-də Brüsseldə NATO-Rusiya Şurasının görüşü və yanvarın 13-də ATƏT çərçivəsində danışıqları keçirilməsinə dair bir daha razılıq əldə olunub.

Öz növbəsində, ABŞ dövlət katibi Entoni Blinken ötən ilin son günü NATO-nun baş katibi Yens Stoltenberq, İtaliyanın xarici işlər naziri Luici Di Maio və Kanadanın xarici işlər naziri Melani Coli ilə telefon söhbətləri zamanı müttəfiq ölkələrin Rusiyanın Ukraynaya mümkün yeni müdaxiləsinə sərt cavab verilməsini müzakirə edib.

“Şimali Atlantika alyansı Rusiya ilə konstruktiv dialoqa hazırdır və eyni zamanda, Ukraynaya qarşı (Rusiyanın) növbəti aqressiyanın qarşısını almaq üçün birliyi gücləndirir”, ABŞ Dövlət Departamentinin açıqladığı bəyanatda deyilir.

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG