Ukrayna Prezidenti Vladimir Zelenski gələn həftə Cenevrədə Baydenin danışıqları başlamazdan əvvəl onunla görüşməyi xahiş etsə də, Ağ Ev bu istəyi rədd edib. Lakin bunun əvəzinə bazar ertəsi Zeleinski Baydenlə telefon danışığı apararkən bu yay sonu onu Ağ Evə dəvət alıb.
Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan jurnalistlərə bildirib ki, "ABŞ-Ukrayna münasibətlərindəki bütün mövzular haqqında bir müddət danışmaq fürsəti tapdılar və Prezident Bayden Prezident Zelenskiyə Ukraynanın suverenliyi, ərazi bütövlüyü və istəkləri üçün qətiyyətlə mübarizə aparacağını bildirdi".
Sallivan Baydeni Ukrayna prezidentinə "Avropadan qayıtdıqdan sonra bu yay sonu onu Vaşinqtonda Ağ Evdə qarşılamağı səbirsizliklə gözlədiyini" deyib.
Telefon danışığından sonra Zelenski ABŞ prezidentinin onu iyul ayında ziyarətə dəvət etdiyini bildirib.
Bundan əvvəl isə Zelenksi ötən cümə günü Axios xəbər saytına verdiyi müsahibə zamanı ABŞ prezidentinin İsveçrənin Cenevrə şəhərindəki səfərindən əvvəl Baydenlə "hər an planetin istənilən nöqtəsində" görüşməyi xahiş etdiyini bildirib.
Bayden prezidentliyə başladıqdan sonra ilk xarici səfərinə çərşənbə günü başlayacaq. O, 16 iyun tarixində Putinlə danışıqlardan əvvəl Britaniyada G-7 zirvə toplantısı, eləcə də Brüsseldə NATO və Avropa İttifaqı toplantılarında onlarla liderlə ünsiyyət quracaq.
Lakin toplantılar zamanı Baydenin Zelinksi ilə görüşü planlaşdırılmır.
Kiyev ölkənin şərqində Rusiya tərəfindən dəstəklənən separatçılarla mübarizə apardığı bir vaxt Vaşinqtondan əlavə hərbi yardım istəyir. Eləcə də NATO-ya üzv olmaq təklifi üçün dəstək axtarır. Kreml Ukraynanın Qərb hərbi ittifaqına qoşulmasının "dərin qəbuledilməz"lik olacağı ilə bağlı xəbərdarlıq edir.