Accessibility links

Baydendən Putinə xəbərdarlıq: Rusiya Ukraynanı işğal etsə, "dəhşətli bədəl" ödəyəcək


ABŞ Prezidenti Co Bayden şənbə günü Rusiya Prezidenti Vladimir Putinə deyib ki, Rusiya Ukraynanı işğal etsə, “dəhşətli bədəl” ödəyəcək və dağıdıcı iqtisadi nəticələrlə üzləşəcək.

Bayden müxbirlərə deyib ki, Rusiyanın hərbi müdaxiləsi halında ABŞ-ın Ukraynaya qoşun göndərməsi ehtimalı “heç vaxt olmayıb,” ancaq Birləşmiş Ştatlar və NATO-nun şərq cinahındakı NATO ölkələrinə müdafiələrini gücləndirmələri üçün daha çox qüvvə göndərmələi olacaq.

“Mən Prezident Putinə açıq şəkildə bildirdim ki, əgər o, Ukraynaya müdaxilə etsə, bunun iqtisadi nəticələri dağıdıcı olacaq,” Putin cümə günü Birləşmiş Ştatlarda baş verən tələfatlı tornadolarla bağlı şərhlərindən sonra söyləyib.

Ötən həftə Putinlə telefonda danışan Bayden deyib ki, o, Rusiya liderinə, Ukraynaya hərbi müdaxilə etməsi təqdirdə, ölkəsinin dünyadakı mövqeyinin dəyişəcəyi barədə açıq xəbərdarlıq edib.

Bayden həftəsonunu Delaverdə keçirib.

Dünyanın ən varlı ölkələrindən ibarət Böyük Yeddilər (G-8) qrupunun xarici işlər nazirləri şənbə günü Liverpulda görüş keçirəndən sonra Moskvaya bənzər mesaj göndəriblər və Rusiyanı hər hansı mümkün müdaxilənin dəhşətli nəticələri barədə xəbərdarlıq edib və danışıq masasına geri dönməyə çağırıb.

G-7-nin maliyyə nazirləri bazar ertəsi virtual görüş keçirərək, iqtisadi narahatlıqlarını, o cümlədən inflyasiyanı nəzərdən keçirəcəklər, eyni zamanda isə Ukraynaya hücum etməsi təqdirdə Rusiyaya qarşı mümkün sanksiyaları müzakirə edəcəklər.

Ukrayna Rusiyanı mümkün geniş-miqyaslı hərbi müdaxiləyə hazırlıq məqsədilə sərhəddə on minlərlə qoşun cəmləşdirməkdə ittiham edib.

Rusiya hər hansı hücum planlaşdırdığını inkar edir və Ukrayna və Birləşmiş Ştatları sabitliyi pozan davranışda günahlandırır və öz mühafizəsi üçün təhlükəsizliklə zəmanətlərinə ehtiyacının olduğunu bildirir.

Bayden ötən həftə Mərkəzi Avropanın NATO üzvlərinə Rusiyanın qoşun cəmləşdirməsi ilə bağlı artan narahatlıqlar fonunda daha çox hərbi dəstək vəd edib. Rusiyanın sərhdəinə yaxın yerləşən ölkələr bunun Rusiyanın 2014-cü ildə Ukraynanın Krım regionunu ilhaq etməsi kimi nəticəsinin olacağından narahatdırlar.

XS
SM
MD
LG