Accessibility links

Baydenin gələn həftə prezidentlik kampaniyasına start verəcəyi gözlənilir


Sabiq vitse-prezident Co Bayden. 29 mart 2019.
Sabiq vitse-prezident Co Bayden. 29 mart 2019.

Sabiq vitse-prezident Co Baydenin gələn həftə 2020-ci il prezident seçkilərinə namizədliyini irəli sürəcəyi gözlənilir.

Onun qərarı erkən prezidentlik praymeri mövsümünün ən çox müzakirə olunan sualına cavab olacaq. 76 yaşlı Bayden bu yarışda ən yaşlı və ən təcrübəli siyasətçi olacaq.

İctimai açıqlama vermək səlahiyyəti olmayan və bu səbəblə də adlarının açıqlanmasını istəməyən üç nəfər Baydenin bu planını təsdiqləyib. Onun çərşənbə günü namizədliyini elan edəcəyi və bunun onun siyasi gələcəyi ilə bağlı aylardır aparılan spekulyasiyalara son qoyacağı gözlənilir.

Lakin dəqiq yer və tarix hələ ki, məlum deyil. Baydenin səsvermənin erkən başladığı ştatlara qısa səfərlər edəcəyi gözlənilir.

Bir nəfər deyib ki, Baydenin müşavirləri 2017-ci ildə ağ supremasistlərlə əks-etirazçılar arasında ölümlə nəticələnən etirazın keçirildiyi Virciniya ştatının Şarlotsvil şəhərində təbir keçirməyi düşünür. Bu məkanı seçmək Baydenlə həmin etiraz zamanı “ hər iki tərəfdə yaxşı insanların” olduğunu söyləyən prezident Tramp arasındakı fərqi vurğulamaq məqsədi daşıyacaq.

Bayden xüsusilə də açıq şəkildə Trampın prezidentlik dövründə ağ supremasistliyin artmasının əleyhinə çıxış edib.

ABŞ siyasətinin ən tanınmış simalarından olan Bayden iki müddət Barak Obamanın vitse-prezidenti vəzifəsində çalışıb, bundan öncə isə qırx ilə yaxın Delaveyr ştatının senatoru olub. Baydenin yüksək-profilli olması, işçi-sinfindən gəlməsi və Obama hakimiyyəti ilə əlaqəsi onun digər namizədlərdən öndə getməsinə yardım edəcək, lakin yaşı və mötədil mövqeyinin daha liberal olan partiya ilə uyğun gəlib-gəlməməsi bəzi suallar yaradır.

Bayden həmçinin bir neçə başqa problemlə üzləşir.

Ötən ay o, 2014-cü ildə kampaniya tədbirindən öncə Nevada ştatının leytenant-qubernator vəzifəsinə namizədi Lüsi Floresin çiyninə toxunub, başının arxasından öpdüyünə dair iddialara cavab verməkdə çətinlik çəkib. Bir neçə digər qadın da onunla bağlı bənzər iddialar irəli sürüb, lakin heç biri onu cinsi qısnamada ittiham etməyib.

Bu insident daha öncə prezidentliyə namizədliyini irəli sürən, lakin siyasi baxımdan bu qədər güclü mövqedə olmayan Baydenin hər iki öartiya tərəfindən sərt yoxlanışdan keçəcəyinə işarə edir.

Onun 1988-ci ildə ilk prezidentlik kampaniyası plagiat qalmaqalından sonra sonlanıb. Son həftələrdə isə onun 1991-ci ildə Senatın Ədliyyə Komitəsinin sədri olaraq Anita Hilın o zaman Ali Məhkəməyə namizəd olan Klarens Tomasa qarşı cinsi qısnama ittihamları ilə bağlı dindirilməsinə icazə verməsi sual edilib.

Bayden həmin dinləmədəki roluna görə üzr istəyib. Lakin bir çox tənqidçi #MeToo kampaniyasının aparıldığı dövrdə onun 2020-ci ildə Demokratların praymerisi zamanı seçiciləri cəlb etməkdə çətinlik çəkəcəyini düşünür.

Lakin belə görünür ümumi seçkilərdə o, Trampı məğlub edə bilər.

Respublikaçı prezidentin müttəfiqləri ona xəbərdarlıq edib ki, Bayden Trampın yenidən seçilməsinə ən böyük hədədir, çünki mümkündür o, Trampın qalib gəlməsində böyük rol oynayan ABŞ-ın orta ştatlarındakı işçi sinfinə aid ağ dərili insanları özünə cəlb edə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG